voicepress.az

SON DƏQİQƏ

Ermənistan sülh danışıqları adı altında Qondarma Dağlıq Qarabağ Respublikasını bizə sırımaqla məşquldur...

8-01-2019, 23:00

Rusiyanın XİN sözcüsü Mariya Zaxarovanın sözlərinə görə, guya rəsmi İrəvan insani jest olaraq, Azərbaycanlı girov Elnur Hüseynzadəni azad etmək niyyətindədir. Amma sonra məlum olur ki, rəsmi İrəvan yox, Qondarma Dağlıq Qarabağ Respublikasının qondarma XİN sözcüsü Artak Nersisyan bu təkliflə çıxış edib.

Nesisyan eyni zamanda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında da, xatırlayaraq, onları girov yox, cinayətkar adlandırıb. Bunun ardından Nesisyan Azərbaycanda saxlanılan 3 erməni əsrin ikisinin ağır xəstə olmasından danışıb. Xatırladıb ki, Azərbaycanda saxlanılan üç erməni əsirindən ikisi ağır xəstədir. Azərbaycanın guya həmin üç erməni əsirin azərbaycanlı girovlarla dəyişdirilməsini təklif etməsini isə, Nesisyan beynəlxalq norma və qanunları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Nesisyan eyni zamanda Azərbaycanda saxlanılan üç erməni girovun heç bir cinayət işləmədiyi halda saxlanmasını qəbul edilməz olduğunu iddia etdiyi halda, əksinə ermənilər tərəfindən saxlanılan Dilqəm və Şahbazın adi girov kimi geri verilməsini mümkünsüz adlandırması və bütün bunları Qondarma Dağlıq Qarabağ Respublikasının verdiyi qərar kimi qələmə verməsi isə növbəti erməni əsassızlığından başqa bir şey deyildi.

Maraqlı məqam ondan ibarətdir ki, görəsən həqiqətənmi Azərbaycanda saxlanılan erməni əsirlərin heç bir cinayət işində adı hallanmır? Əslində Azərbaycan tərəfinin saxlanılan erməni əsirlərə qarşı cinayət işi açması gərəkir. Erməninin hər işini böyütməli olduğumuz halda gözardə etməyimiz ən azından ermənilər tərəfindən şəhid olan azərbaycanlılarımızın ruhuna qarşı bir xəyanət kimi qəbul edilməlidir.

Yoxsa erməni hara, insani jest hara? Ikisi arasında yerlə göy qədər olan uçurum var. Amma görünən odur ki, erməninin Avropa Birliyindən 60 milyon dollar məbləğində qrant layihə almağa müvəffəq olması, fərqinə varmadan hərdən ermənilərdən yana fikir bildirən Mariya Zaxarovanın diqqətindən kənarda qalıb.

Əks halda qlolab və olduqca mühüm hesab edilən layihələrdən kənarda qalan rəsmi İrəvanı birdən-birə yeni texnologiyalarla təmin etmək məqsədi ilə görəsən hansı maraqlara dayanaraq 60 milyon dollar məbləğində vəsaiti peş-keş etməkdə maraqlı ola bilər? Bax bu həqiqətən də, düşündürücü məqamdır...

Bütün bu məqamların ən biyabırçı tərəfi odur ki, Azərbaycanın erənilər tərəfindən qanunsuzca saxlanılan girovları ilə bağlı elə özləri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında haqdan, ədalətdən, beynəlxalq norma və qanunlardan danışan Nesisyan Azərbaycanın işğal altında olan torpaqlarında oturaraq danışır... Hələ üstəlik Azərbaycana qarşı türk demişkən ahkam da, kəsir. Mariya Zaxarova da, işğalçı dövlətdəki “insani jestdən” danışır. Bu isə özü özlüyündə tərsmütənasibliyi ilə Rusla Qərb arasında “futbol topu”nu xatırladan rəsmi İrəvanın insaniyyətlikdən anlayış qrafası...



ÜLKER Musazade
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 562
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter