voicepress.az

SON DƏQİQƏ

Əks müqavimət: “İranın İran körfəzində müdafiə birliyinin yaradılması kimi təklifinin arxasında nə dayanır?”

10-01-2019, 10:58

Bu günlərdə İran prezidenti Həsən Ruhani əminliklə İran körfəzində kollektiv təhlükəsizlik mexanizminin əsasının qoyulması ilə bağlı fikir bildirməsi, əslində Qərbin sanksiyalar və diktə dili ilə danışması üçün düşündürücü bir pauzaya səbəb oldu.

Lakin nəzərə almaq gərəkir ki, rəsmi Tehranın qonşu dövlətləri bu addımı atmağa səsləməsi ilk dəfə deyil. Məhz elə bu nöqteyi nəzərdən bir sıra xarici ekspertlər rəsmi Tehranın yürütdüyü siyasi gediş metodunu inadçı keçini dilə gətirərək, öz mövqeyini Hörmüz boğazında gücləndirmək kimi qələmə verirlər. Lakin bir sıra politoloqlar hesab edir ki, regionun bir çox dövlətləri, xüsusən də, Səudiyyə Ərəbistanının İrana qarşı yürütdüyü siyasətdən imtina edə bilməsi inandırıcı görünmür. Əksinə boğazda yaradılması nəzərdə tutulan müdafiə koalisiyası həmin dövlətlərin daxili məsələlərinə də, müdaxilə edə bilər ehtimalı olduqca yüksəkdir.

Lakin İran prezidenti Həsən Ruhani dəfələrlə Səudiyyə Ərəbistanı ilə mövcud münasibətlərə baxmayaraq, İran körfəzinin bütün dövlətlərini kollektiv təhlükəsizlik koalisiyasının yaradılması üçün fəaliyyətə başlamağa səsləyib: “Biz inanırıq ki, Kollektiv Mexanizm İran körfəzi regionu dövlətlərinin hər birinin iştirakı ilə baş tutacaq”-deyə, qeyd edən İran prezidenti, eyni zamanda İran körfəzi məsələlərinin hər zaman İran üçün böyük əhəmiyyətə malik olmasını da, qeyd edib.

Həsən Ruhani regionda mehriban qonuşuluq siyasəti yürütmək niyyətində olduğunu vurğulayaraq, hazırda regionda mövcud hərbi-siyasi birləşmələrin birmənalı olaraq, İran əleyhinə mövqe sərgiləməkdə olduqlarını vurğulayıb. Misal üçün, Ərəbistan yarımadasının manarxiya dövlətlərinin daxil olduğu Ərəb Dövlətləri Liqası birliyi daha öncə də, Ər-Riyadla Tehran arasındakı münaqişələrdə dəfələrlə Ər-Riyaddan tərəf mövqe sərgiləmişdi.

Digər baxımdan, ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Ərəb Dövlətləri Liqasının təxirəsalınmaz toplantısında birliyin baş katibi Əhməd Əbu əl-Geyt açıq şəkildə İran dövlətini qonşu dövlətlərin işinə müdaxilə etməsindən dolayı və “Hizbullah” terror təşkilatına dəstək verməkdə qınamışdı.
Ərəb Dövlətləri Liqasından başqa regionda öz xüsusi mövqeyi ilə seçilən daha bir təşkilat da, Bəhreyn, Qatar, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının daxil olduğu İran Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasıdır. (İKƏDƏŞ)

Ekspertlər qeyd edir ki, sözü gedən bu şuranın hələ 1981-ci ildən yaranma səbəbi İrana və daxili müxalif qüvvələrə qarşı birləşmək məqsədi daşıyırdı. 2011-ci ildə Ümumi Hərbi Birləşmələri Bəhreynə girərək, dövlət əleyhinə olan qüvvələrin qarşısını almışdılar.

Əslində adətən İran Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının ümumi proqramı birmənalı olaraq, İran və Səudiyyə Ərəbistanının çəkişməsi üzərinə fəaliyyət göstərir kimi məsələni ortaya qoyur. Sözü gedən çəkişməninsə başlıca səbəbi regionda diktə etmək və böyük nüfuza malik olmaq iddiasıdır. Belə olan halda Səudiyyə Ərəbistanının mövqeyi dəyişməz müttəfiqi Vaşinqtondur. Bununla yanaşı şuranın üzvləri arasında vahid bir birliyin olmaması Vaşinqtona Səudiyyə Ərəbistanı üçün vazkeçilməz müttəfiq status qazandırır. Buna misal olaraq, 2017-ci ildə Qatarla İran körfəzinin digər monarxiya dövlətləri arasında baş vermiş siyasi böhranı göstərmək olar. Əlbəttə rəsmi Dohaya sözü gedən münaqişədə rəsmi Ankara və Tehran dəstək verməkdən çəkinməmişdi. Böhranın ən qaynar vaxtında Qatar iqtisadi blokadadaikən İran xüsusən iqtisadi baxımdan yardım əlini uzatmışdı. Bu dəstəyin nəticəsi ilə də, Doha və Tehran arasında daha sonra diplomatik münasibətlər bərpa olundu. Lakin sonra Qatar hakimiyyəti Ər-Riyadla münasibətlərin korlanmasından ehtiyyat edərək, Tehranla münasibətlərə bir qədər məsafə qoydu.

Tehran isə bu arada Omanla münasibətləri yaxşılaşdırmaq yolunda uğurla irəliləməyə davam edir. Təbii ki, burada əsas iqtisadi münasibətlərin inkişaf tempindən söhbət gedir.

Son zamanlarda İran şirkətləri aktiv bir şəkildə Omana sərmayə yatırmağa davam edirlər. Tərəflər arasında maşınqayırma ilə bağlı birgə fəaliyyət prespektivləri yönündə danışıqlar da, aparılır.

Ötən il hətta Oman və İran danışıqların ikinci mərhələsinə keçid alaraq, Oman istehlakçılarının İrandan qazla təmin olunması məqsədi ilə qaz kəmərinin tikintisi ilə bağlı danışıqlara başlamışlar.

Qeyd etmək gərəkir ki, rəsmi Maskat daha əvvəl Ər-Riyad və İran Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının digər üzv dövlətləri kimi Dəməşqlə diplomatik əlaqələrə son qoyaraq, Tehranla diplomatik münasibətlərin inkişafının qarşısını almağa başladı. Lakin buna baxmayaraq, ötən il İran və Omanın hərbi dəniz qüvvələri Hind okeanında birgə təlimlər belə keçirdilər.

Ər-Riyadsa açıq şəkildə Əbu-Dabiyə qarşı öz kəskin mövqeyini ortaya qoymaqdan çəkinmir. Bu çəkişmə isə əslində Yəmən şirkətləri ilə bağlıdır. Görünən odur ki, müttəfiqlər regionda müxtəlif güclərin müəyyən nüfuz sahibi olmasına əsaslanaraq, öz seçimlərini etmək niyyətini ortaya qoymaq istəyiblər.
Səudiyyə Ərəbistanı ilə mövcud fikirayrılığına görə, hətta BƏƏ 2016-cı ildə öz hərbi qüvvələrini Yəməndən çıxarmışdı.

Lakin Tehrana qarşı münasibətdə Əbu-Dabini ümumilikdə Ər-Riyadla müttəfiq hesab etmək olar. Ekspertlər bildirir ki, vaxtı ilə BƏƏ İrana Amerikanın sanksiyalarından kənar qala bilmək üçün pərdəaraxası dəstək verərək, müəyyən məhsulların İrana sövq edilməsinə köməklik göstərib.
Tehran da, hazırda İran Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərlə münasibətlərin yaxşılaşdırılması üçün əlindən gələni edir. Hələ 2017 ci ildə İranın XİN başçısı Məhəmməd Cavad Şərif bildirdi ki, Tehran regionda təhlükəsizliyin təmin olunması məqsədi ilə Səudiyyə Ərəbistanı ilə danışıqlar belə aparmaq niyyətindədir.

İran körfəzi ölkələr üçün ümumi dialoqun və əməkdaşlıq prinsiplərinin mövcud olduğu bir formatın yaranması ilə bağlı dəfələrlə çağırışlar etmişdi. Hələ 2015-ci ildə İranın XİN başçısı Məhəmməd Cavad Zərif Qonşu Dövlətlərin Regional Dialoqu Forumunu yaratmağı təklif etmişdi.

İran hesab edir ki, tərəflər ümumu münasibətləri dəyişməklə bərabər ekoloji terrora qarşı birgə fəaliyyət də, göstərməlidirlər. Eyni zamanda İranın təklifinə əsasən təhlükəsizlik baxımından müəyyən razılıq əldə olunmalıdır. “2015-ci ildə danışılan bu məsələyə İran yenidən bu il qayıdır. Hətta bu məsələ ilə bağlı xarici ekspertlər “İran hələ də, dialoqa dəvət məsələsində israr edir” başlıqlı çıxışlar da, edirlər.

“Biz səbirsizliklə qonşularımızın bizim təklifimizi qəbul edəcəyi günü, onların Avropada, xüsusilə də, Qərb müttəfiqləri tərəfindən bu qərarlarına müsbət münasibətin sərgilənəcəyi günü gözləyirik”, -deyə, Məhəmməd Cavad Şərif bildirmişdi.

Rəsmi Vaşinqtonla münasibətlərin kəskinləşməsinə belə baxmayaraq, Tehran inadkarcasına regionda kollektiv əməkdaşlığın mümkünlüyü ilə bağlı iddialarından geri çəkilmir.

Qeyd edək ki, 2015-ci ildə İran Birgə Fəaliyyət Planına uyğun olaraq BMT-nin bir sıra dövlətləri ilə Rusiya,Fransa, ABŞ, İngiltərə, Cənubi Koreya və Almaniya ilə müqavilə imzaladı. Müqaviləyə əsasən, Tehranın üzərindən beynəlxalq iqtisadi sanksiyaları götürmək müqabilində İran tərəfi öz nüvə proqramını bağlayacaqdı. Lakin Ağ evin yeni adminstrasiyası 2018-ci ildə sözü gedən müqaviləni pozaraq, qurumu tərk edir. Ər-Riyad həmən an ABŞ-ın bu reaksiyasını dəstəkləyir və bu haqda hətta şahlığın xarici işlər nazırliyi səviyyəsində bəyanat da yayır.

ABŞ İrana qarşı nəinki iqtisadi sanksiyalar tətbiq etməyə başladı, hətta İranla əməkdaşlıq etməyə davam edən digər dövlətlərə qarşı da, sanksiya tətbiq edəcəyi ilə təhdid etməyə başlayır.

ABŞ-ın bu kimi sərt mövqeyi qurumun digər üzvlərinin qınağına səbəb olur. Qurumun üzvləri İranın o sanksiyalardan az zərər çəkməsi üçün xüsusi mexanizm düşünürlər. Lakin bu dövlətlərin bu kimi səyləri rəsmi Vaşinqton tərəfindən heç də, birmənalı qarşılanmır.

Misal üçün bu günlərdə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun sözlərinə görə, Ağ ev Avropa və digər dövlətlərə ABŞ-ın tətbiq etdiyi sanksiyaları iqnor etməyə izin verməyəcək.

Lakin İranın əlində sanksiyalara təzyiq etməyə olduqca mühüm bir fürsəti rıçaqları var. İran prezidenti Həsən Ruhani də, bu günlərdə həmin məsələni dilə gətirərək, İran Amerika sanksiyalarına cavab olaraq, Hörmüz körfəzini bağlayacağı ilə təhdid etdi. İran prezidentinin sözlərinə görə İran körfəzindəki quruyol açıqdırsa, bu hər kəs üçün açıq və təhlükəsiz olmalıdır.

Əgər İran bu addımı atarsa, bu qərar birmənalı şəkildə İran körfəzindəki monarxiya dövlətlərinə birbaşa təsir edəcək. Çünki körfəz bağlanarsa, həmin dövlətlər neft ixracatını dayandırmaq məcburiyyətində qalacaqlar.

Ekspertlər hesab edir ki, İran prezidenti Həsən Ruhaninin bu bəyanatı olduqca ciddi məsələdir.

Onların sözlərinə görə, İran həqiqətən də, bunu etmək ixtiyarına malikdir. Körfəzin bağlanması isə birmənalı şəkildə dünya bazarına öz təsirini göstərəcək. Ona görə də, Tehranın danışıqlar masısında həm sərt, həm mülayim üzünü görmək mümkündür.

Lakin görünən odur ki, Səudiyyə Ərəbistanı İrana qarşı olan sərt mövqeyini dəyişmək niyyətində deyil. İran körfəzinin Qatardan başqa digər dövlətləri isə gec-tez Səudiyyə Ərəbistanının diktəsi ilə oturub duracaq. İran bunun fərqindədir. Amma buna baxmayaraq, regionda birgə təhlükəsizlik koalisiyasının yaradılması təklifi bir neçə səbəbdən səsləndirilməyə davam edir: ilk növbədə İran belə olan halda öz ölkəsinin bütün islam dünyasını birləşdirməyi təklif edən dövlət olması nüfuzunu göstərmiş olur.

Axı İran artıq uzun müddətdir ki, İranın həm şiə, həm sünni dövləti olmasını bəyan edir. Bu isə o deməkdir ki, İran dünya imperializmi ilə mübarizə metodlarını möhkəmləndirməklə məşğuldur. Bu mövqe İran konstitusiyasında da öz əksini tapmaqdadır.

Bu çağırışlar isə eyni zamanda daxili auditoriya üçün də, nəzərdə tutulması istisna hal deyil. Əlbəttə, hazırda İranın başlıca məqsədi regionda özünə yeni müttəfiq dövlət tapa bilməkdir.



Ülkər Musazadə
VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 993
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter