voicepress.az

SON DƏQİQƏ

Təhsil Nazirliyinin "VAKANSİYA BAZARI..."

4-09-2018, 11:21


Təhsil Nazirliyi hansı təfəkkürə, hansı intelektə, hansı psinsiplərə əsasən fəaliyyət göstərir, heç kəs fərqində deyil. Oturub araşdırma apardıq. Məlum məsələdir mətbuat sahəsindəki bir sıra “xeyirxahlıq” və daha doğrusunu desək, əliaçıqlıq əlamətləri bəzi “araşdırmaçı jurnalistlərin” qələmini özəlləşdirib. Geridə qalan araşdırmaçıları isə “reket” damğası ilə bəzəyib, yenə də, təhsil sistemində vakansiya bazarı ilə qaz vurub qazan doldururlar.
Deməli “Vakansiya bazarı” adını eşitmişdik, amma bu qədər həyasızcasına insanların taleyi ilə oynanılmasını görməmişdik. Deməli kodlaşdırılma və anonim imtahan sistemi sən demə, sadəcə insanlanların gözünə bir pərdədir. Pərdə arxasında isə açıq vakansiya bazarı fəaliyyət göstərir.

Təsəvvür edin, məktəb direktorlarının bütün səlahiyyətlərini əlindən alan Təhsil Nazirliyi mətktəblərdə müəllimlərin yerləşməsinə şəxsən nəzarət edəcəyinı qərara alır. Sevindik ki, məktəb direktorları daha məktəblərdə işə götürmə bazarını yığışdıracaq. Amma sən demə, bütün bu səylər Təhsil Nazirliyinin “vakansiya bazarının” təməl daşları imiş. Vakansiya bazarı nədir? Deməli Təhsil nazirliyi guya elan verir və müəllimlərin işə qəbulu, müəllimlərin bir məktəbdən köçürülməsi, əvəzedici kimi müvəqqəti işə düzəlmə, direktorların qəbul imtahanı, direktor müavinlərinin qəbulu imtahanı, hətta məktəblərdə texniki işləri icra edən laborantlar üçün imtahan tətbiqi ilə işə qəbul keçirilir.

Nə qədər çox imtahan varsa bir o qədər yeyinti var. Bu bir danılmaz aksiomdur! Bütün peşələrin təməl daşı hesab edilən müəllim bu qədər imtahan edilib, biliyi gəncliyin gözü önündə yoxlanılırsa, biz bu kortəbii təhsil sistemindən nə gözləyə bilərik?

Hələ bu harasıdır? İmtahan verib yerini tutmaqla da, iş bitmir. İmtahan verib vəzifəyə təyinat alsan da, hər postun öz qiyməti mövcudddur. Misal üçün etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, direktor postuna təyin olunmaq üçün ən azı 50-70 min azn məbləğində vəsaiti gözdən çıxarmalısan. Hər il də, diaqnostik imtahandan, metadist yoxlamalarında həm Təhsil Nazirliyini, həm də Təhsil İdarəsini sözün əsil mənasında dolandırmalısan. Dolandıra bilməyəndə də, işə qəbul olunanda başbilənlik edib, direktora həm də, tarixsiz işdən ayrılmasına dair ərizə də, götürürlər. Vəssalam. Qabağında tir-tir əsdiyimiz direktorlar olur bu "Vakansiya Bazarının" peşkası. Fatı, dur deyəndə, durur, Fatı otur deyəndə otururlar.

Müəllimlərin imtahan məsələsi isə eynən bu sistemlə davam etdirilir. Bizdə olan məlumata görə, Təhsil Nazirliyi bir sıra məktəblərə vakansiya olmasına dair məlumatın gizlədilməsini tövsiyyə edir. Apardığımız araşdırmalara görə, Direktor and aman edir ki, Təhsil Nazirliyi bilsə ki, bizdə vakansiya olmasını kiməsə bildirmişik, qanımız getdi. Yaxşı, bəs Təhsil Nazilriyinin vakansiyaları gizlətməkdə marağı nədir? Hə, "Vakansiya Bazarının" prearitet mövqeyi də, elə bu sualın arxasında gizlidir.

Vətəndaşlardan gizlədilən vakansiyalar pərdəarxasından satışa çıxarılır. Daimi müəllim kimi işləmək istəyən həmin vakansiyaların birini seçib üstəlik də nə az, nə çox düz 20 min azn pul ödəyir. Bəzi hallarda, “balı aşağıdır, gələn il bir daha MİG-də iştirak etsin” kəlmələri ilə rastlaşırsan. Şikayətçilərin müraciətinə əsasən isə aparılan araşdırmalara görə, Təhsil Nazirliyi aşağı bal yığan müəllimlərin balını artırmaq iqtidarındadır. Belə ki, müəllim tərəfindən toplanan balın bir bal artırılması 5 000 azn-dir. Əgər vətəndaşın topladığı bal 2 bal artırmalıdırsa, o zaman 10 000 azn ödəmək məcburiyyətindədir. Bəs bunu edən Vakansiya Bazarının “ləyaqətli” əməkdaşının əl haqqı? Hə, o da, bir 5 000 azn məbləğində vəsait tutur.

Yaxşı, il boyu ən çox yeyintinin aşkar olduğu Təhsil Nazirliyi və Təhsil İdarəsini görəsən kim yoxlayır? Bax bu böyük sualdır?

Əminəm Təhsil sistemində baş verən bu hərc mərclikdən, təhsilə və biliyə böyük önəm verən Respublikanın Birinci Vitse Prezidenti, xanım Mehriban Əliyevanın, nə də Cənab Prezident İlham Əliyevin xəbəri belə yoxdur. Xalqı aldadaraq, dövlət rəhbərliyinin etimadından sui istifadə edənlərin adları ilə ifşa etmək yönündə araşdırmalarımız davam edir...

Cənablar, əmin ola bilərsiniz ki, bu bazar deyil. Xalqı və cənab Prezidenti aldatmaq niyyətində olanların şərəfsiz əməllərinin ifşasıdır!

Əldə etdiyimiz hər bir məlumatı xalqa çatdıracağıq. Bununla yanaşı, qeyd edilən hər bir məqamla üzləşən soydaşlarımızın saytımızın redaksiyası ilə əlaqə saxlaması xahiş olunur.

Ardı var...





Gülçin Çinar

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 035
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter