voicepress.az

SON DƏQİQƏ

Merkel, görəsən erməni zindanında iki azərbaycanlı və Türk övladına verilən min bir işgəncədən niyə danışmır?

27-08-2018, 12:14


"Azərbaycandan danışanda siyasi mühacirlərin, siyasi dustaqların hüquqlarından danışan Merkel, görəsən erməni zindanında bütün dünya birliyinin gözü önündə iki azərbaycanlı və Türk övladına verilən min bir işgəncədən niyə danışmır?"


Almaniya kansleri Angela Merkel Bakıya gəldi. Cənubi Qafqaz səyahətinin sonunda nəhayət ki, Azərbaycanı da, yad etmək yadına düşdü. Amma bir çox mətbuat nümayəndələri Ermənistanla Azərbaycanı səhv salan Almaniya kanslerini elə qarşıladılar ki, sanki Adolf Gitler xortlayıb gəlib...

Almaniya Azərbaycan münasibətlərinin inkişafının hər birimiz tərəfdarıyıq. Amma bu münasibətlərin yaxşılaşdırılması adına gərək ki, ölkəmizə təşrif buyuran kanslerin niyyəti də, salim ola. Şəhidlər Xiyabanını ziyarət edən Almaniya Kansleri işğalçı – işğala məruz qalan demədən hər kəsi Avropa Şurasına üzv olmağa səsləyir.

Eynən Almaniya siyasi mühacir demədən, qapısını terroristə belə qucağını açdığı kimi. Düzdür, ABŞ-ın Türkiyəyə qarşı 8 şərt iddiası qarşılığında Almaniya kanslerinin Türkiyədən yana münasibət sərgiləməsi, əslində ABŞ üçün gözlənilməz şillə effektini yaratmışdı. Amma bu tendensiyanın bir növ nümayişkaranə olması, əslində Merkelin post sovet dövlətlərinə səfəri öncəsi bir enmə zolağı kimi də, dəyərləndirmək olardı. Türk demişkən ABŞ-a posta qoyan, yəni bizim dildə ultimatum verən Almaniya kanslerinin post sovet dövlətlərində qarşılanması ilə ABŞ tərəfdarı olan Almaniyanın qarşılanması arasında yerlə göy qədər fərqi təssəvür edəndə, bunu daha aydın görmək mümükündür. Nəticə etibarilə bu da, Angelanın Cənubi Qafqaz səfərinin mahiyyətinin baris mesajını verdi. Qərb Cənubi Qafqazın bütünlükdə Gömrük İttifaqına qoşularaq, İran Rusiya koalisiyasının yaranmasından ehtiyyat etməsi, əslində Avropa Şurasının idealogiyasından daha çox ABŞ idealogiyasına yaxın bir prinsipdir.

Yoxsa, dünən Türkiyə Cumurhurbaşkanı Rəcəb Tayib Ərdoğanla əl sıxışıb, bu gün rəsmi İrəvanda Paşinyanla Qondarma Erməni Soyqrımı abidəsi önünə əklil qoyan Merkeldən nə gözləmək olardı axı?

Hamı Merkeli müşayət edən zavallı jurnalistin yersiz sualını tənqid hədəfinə çevirir. Amma Almaniya kanslerinin bir sıra qeyri adekvat hərəkətini heç kimsə dilə gətirmir. Burada ya təqsir bizdədi, ya da Merkeldə. Avropa Parlament Assambleyasında Xocalıdan iki sessiya bağırsaq, Torpaqlarımızın işğal altında olmasından, hər gün dinc əhalinin ermənilər tərəfindən öldürülməsindən danışsaq da, Merkelə bu günə kimi minlərlə əsirimizin hüquqlarının erməni işğalçıları tərəfindən tapdanmasını, Dilqəm Əsgərov və Şahbaz Quliyevin bu günə kimi erməni zindanında işgəncəyə məruz qalmasından görəsən niyə danışmadıq? Axı hər dəfə Almaniyada qanunsuz məskunlaşanlardan danışmasa da, Azərbaycandan danışanda siyasi mühacirlərin, siyasi dustaqların hüquqlarından danışan Merkel, görəsən erməni zindanında bütün dünya birliyinin gözü önündə iki azərbaycanlı və Türk övladına verilən min bir işgəncədən niyə danışmır?

Merkelə heç cürət edib cəbhə xəttinə getməyi də, təklif etmədik. Özümüzə bir arsızca təsəlli verib “Merkel erməni soyqrımı haqda danışmadı” da, deyirik. Həqiqəti niyə etiraf etməkdən qorxuruq görəsən? Merkel gəldi və Ermənistanda Qondarma Erməni Soyqrımı abidəsi önünə əklil qoydu. İndi siz deyin: Azərbaycan Almaniya münasibətləri inkişafmı edir ya imitasiya xarakteri daşıyır? Məncə şərhə ehtiyac yoxdur... Cavabı onsuz da aydındır. Sitatın sonu...





Ü. Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 801
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter