voicepress.az

SON DƏQİQƏ

Biz hələ ermənilərlə çəkilən selfiləri çox görəcəyik...

24-09-2017, 19:01


Erməni deputatları Azərbaycana gəlib ermənilərə aid olan tarixi abidələrin vəziyyəti ilə ilgilənir. Biz və bizim millət vəkillərimiz bunun üçün səfərbər oluruq. Parlamentdə onlar üçün toplantı da keçiririk, Bakının görməli yerlərini gəzdirir, şərəflərinə ziyafət də veririk. Soranda adama deyirlər ki, Avronest Parlament Asambleyasının ənənəvi toplantısı Bakıda keçirildiyindən ermənilər də, gəlib. Adama deyərlər, bu ermənilərin Bakıdan çıxdığımı var? Biri gedir, biri gəlir. Maşallah bəhanəmizdə nə qədər desən...

Nəyə görə Avronestin toplantısı İrevanda keçiriləndə bizim millət vəkillərimiz getmir? Əgər toplantı icabı getməkdirsə, o zaman bəs biz niyə gedib işğal altında olan torpaqlarımızı ziyarət edəndə həbs olunur, ömürlük azadlıqdan məhrum edilirik? İrəvandan basa-basa gəlib Bakının göbəyində erməni tarixi abidəsinin vəziyyətini kontrol edir, biz kilometrlərlə işğal altında olan nə torpaqlarımızdan, nə tarixi abidələrimizdən, içərisində donuz saxlanan məsçidlərimizdən, nə də əsirlikdə olan soydaşlarımızın vəziyyətindən xəbər tuta bilmirik.

Biriləri erməni jurnalistləri gətirir, birisi millət vəkillərini, o birisi üçüncü ölkə axtaran üzüdönük erməniyə qucaq açır, birisi “Bütün türk uşaqları Zəhra kimi öldürməlidir” şüarı ilə mitinq edən erməni qadını Zəhranın məzarı başına aparır...

Bizə bundan sonra kim inanar? Uşaqlarımızın, körpələrimizin qətliamını törətmiş birilərini bu gün şəhərdə əllərini salladıb, selfi çəkdirən görmək sizlər üçün multikultural və ya tolerant dəyərdirsə, mən belə dəyəri istəmirəm. Multikultiral devizi altında erməni ilə Bakıda selfi çəkdirəndə, masa arxasında erməni deputatla çörək kəsəndə görəsən Dilqəm və Şahbaz niyə yada düşmür? Multikultural dəyər deyib, elə gedib əsirlərimizi ziyarət edib, vəziyyətlərini ictimailəşdirək də...

Prezidentimizin BMT-dəki tarixi çıxışı hər kəsi lərzəyə gətirdi, Ermənistanın canına vəl-vələ saldı, deyirdik ki, bizim buradakı “qoçaqlar” ermənini Bakıya gətirib könlünü almaqla məşquldur. Biz ATƏT-i qınayırıq, amma daxilimizdəki ermənipərəstlərin ikili oynaqdıqlarının fərqində də deyilik.
26 adlı restoran, evlənmə proqramındakı hansısa azərbaycanlı qız, Elza Seyidcahanın saç düzümünə belə münasibət bildirən millət vəkillərimizin heç biri nə erməni deputatlarının Bakıya səfərinə, nə də gündə min bir bəhanə ilə Bakıda selfi çəkdirməyə gələn ermənilərlə bağlı fikir söyləmir.
Ziyalımızı “fındıqbaş” adlandırırıq, amma Azərbaycana gündə bir təşrif buyuran ermənini yuxarı başda, Parlamentdə qarşılayırıq.
Molla demişkən, Tarixi Nadiri yarıya kimi yox, dəfələrlə sona kimi oxusan da, bizim sözdə düşmən, əməldə dost olmağımızdan kimsə baş açmaz. Çünki əgər ki, bu andraqalmış erməni ilə Avronest bayrağı altında adam kimi danışmaq olursa, o zaman niyə əsirlərimizin vəziyyətinə gedib baxmırıq? Yoxsa bu Avronestin sayğacıda ermənidən yana qərar qəbul edir?..

Tarixi oxuyanda Çingizxanın siyasi yanaşmasını görmək mümkündür. O deyirdi ki, sənin mədəniyyətin özün üçündür, düşmən üçün yox. Düşmən dediyinlə mədəniyyət çərçivəsində danışmağa üstünlük verirsənsə, demək o sənin düşmənin deyil. Biz müharibə şəraitində yaşayırıq. Müharibə isə mədəni çərçivəyə zidd bir mövqedir.

Bizimkilər isə müharibəni mədəni çərçivəyə gətirməklə məşquldur. Çingiz xan bu iki fərqli mövqeni ayıra bildiyi üçün savaşlardan qalib olaraq çıxırdı. Biz isə erməni jurnalistləri ilə masa arxasında içdiyimiz şərab qurumamış, erməni deputatlarını qəbul edirik. Necə deyərlər düşmənimizə müharibə şəraitində mədəniyyət dərsi keçirik...

Sonra onları yola salıb, arxalarınca işğalçı deyəcəyik. Adama deyərlər işğalçıdırsa, düşməndirsə, ona niyə Bakını gəzdirib, onunla selfi çəkdirib, masa arxasında çörək kəsirsən?

Bizim özümüzə aydın olmayan mövqemizi dünya birliyinə necə anlataq? Biz ya mədəniyyət nümayiş etdirməyi, ya da adam kimi müharibə aparmağı seçməliyik. Hər ikisi birində olmadığı üçün biz hələ ermənilərlə çəkilən selfiləri çox görəcəyik...






Ü. Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 11 311
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter