voicepress.az

SON DƏQİQƏ

Cənnətə səfər: “Xeyirxah insanla Allahın dərgahında yox, real həyatda görüşdüm”

24-07-2017, 20:18

Messenat Hacı Tofiq İsayev: “Mənim amalım, Allahın hüzurunda onun tövsiyyə etdiyi kimi yaxşı əməllərimlə yaşamaqdırsa, digər amalım dövləti ayaqda saxlayan prezidentə yardım etməkdir”



Hər zaman həyatda olmayan, amma vaxtı ilə vətəni, dövləti və xalqı üçün sözün əsil mənasında yaşayıb-yaratmış xeyirxah şəxsiyyətlər haqqında eşitmişik. Misal üçün həmişə mənə maraqlı idi ki, Hacı Zeynalabdin Tağıyev kimi messenat nə üçün bizim indiki məmurlardan fərqli olaraq, varını-dövlətini xalqın yolunda tari-mar etməkdən çəkinmirdi? Həmişə arzu edərdim ki, bir gün bir xeyirxah mesenatla görüşüb, bu sualı ona verə bilim. Allah da deyəsən mənim bu arzumu duyub, o görüşü çox keçmədən mənə nəsib etdi.

Görüş heç gözləmədiyim anda baş tutdu. Bu görüş bir jurnalistin gündə onlarla rasladığı siravi iş görüşlərindən biri deyildi. Mən müsahibimlə söhbət əsnasında anladım ki, sən demə, real həyatda da cənnət deyilən yer var imiş və o cənnətə biz insanlar öz xeyirxah əməllərimiz, xoş niyyətimiz və doğru yolumuzla müvəffəq ola bilərik.

Müsahibim, mesenat Hacı Tofiq İsayev idi. Olduqca səmimi insandır. İnsana yuxarıdan aşağı baxmır, onu olduğu kimi qəbul edənlərdəndir. Onunla bir saat həmsöhbət olmaq, mənim üçün onlarla kitabı oxumağa bərabər idi.

İmişlini Sankt-Peterburq qədər gözəl bir bölgəyə çevirən vətənpərvər Azərbaycan oğlu vaxtı ilə Ulu Öndər Heydər Əliyev siyasətinə dəstək verənlərdən olub. Heydər Əliyev uzaqgörənliyini, onun diplomatiyasının təzahürlərini Hacıda fərq etmək, əslində Onun böyük liderin böyük məktəbinin çox gözəl öyrəncilərindən biri olduğuna dəlalət edir.

Bu gün Hacı Tofiq İsayev xeyirxah əməlləri ilə yanaşı, Prezidentin bölgələrdə apardığı yenidənqurma işlərinə də, yardım edir. Soranda ki, “Hacı, axı bölgələrdə tikililəri dövlət etməlidir, Siz niyə qarışırsınız?” Hacı deyir ki, mənim amalım, Allahın hüzurunda onun tövsiyyə etdiyi kimi yaxşı əməllərimlə yaşamaqdırsa, digər amalım dövləti ayaqda saxlayan prezidentə yardım etməkdir.

Hacı öz əmələri ilə də, dediyi sözlərini təsdiq etməyi bacaran bir şəxsiyyətdir. Bu gün İmişlidə məhz Hacının dövlətə yardım proqramı çərçivəsində yüksək səviyyədə tikdirdiyi “Heydər Əliyev Mərkəzi”, “Gənclər mərkəzi” bölgə əhalisini çox sevindirir. İmişlinin turistik zona kimi inişaf etməsinə böyük tövhə olan bu tikililər, Cənab Prezident tərəfindən də, xoş qarşılanır. Hər birinin açılışında xüsüsən iştirak edən Prezident bu kimi fəaliyyət proqramının həyata keçirilməsinin Azərbaycanın iftixarı hesab etdiyini dəfələrlə vurğulamışdır. Prezidentin tövsiyyəsi ilə Hacı indi də, bir otelin tikintisinə başlayıb. Bununla bağlı Hacı deyir: “Dünyanın hər bir yerində imkanlı şəxslər dövlətə yardım etməklə məşquldur. Dövlət yalnız ondan almaq üçün mövcud deyil. Bir çox hallarda dövlət üçün də xərcləməyi bacarmaq lazımdır. Mən də yardım edirəm, deyə düşünürəm. Bu yardımın isə Prezidentimin yüksək qiymətləndirməsi və yaradılan şəraitin xalqın məmnun etməsi mənim üçün böyük nailiyyət və stimuldur”.

Qeyd edim ki, hər bir tikili yüksək səviyyədə inşa edilib. Tikilinin içindəki bütün avadanlığı Hacı öz zövqü ilə, bir insanın öz evini döşədiyi kimi döşəməsin görəndə insan öz heyrətini gizlədə bilmirdi. Tikililərin hər bir detalı haqda o qədər geniş informasiya verirdi ki, insan bu həyacanı ancaq öz evini döşəyərkən hiss edə bilərdi. Amma Hacının, vətəni üçün, dövləti üçün etdiyi hər bir işdə bu həyacanını hiss etmək, sevincini görmək mümkündür.

Xeyirxah messenat bölgələrdə də qadınların parklarda dincəlmələri üçün İmişlidə geniş və çox gözəl park salır. Gördüyüm hər bir obyektin həqiqətəndə, Bakıda yox, İmişlidə olduğuna insan əvvəl özü-özünü inandırmaqda çətinlik çəkir. Amma Hacı bu durumla bağlı elə gözəl bir sitat gətirir ki, onu qeyd etməmək mümkün deyil. Deyir: “Mən hər zaman görürdüm ki, İmişli qadınları parkı, fantanı və bu gözəlliyi sadəcə Bakıya gələndə görmək imkanı əldə edirlər. Onlar isə hər zaman Bakıya gələ bilmir və ya hər birinin belə bir şansı olmur. Bu səbəbdən mən parkı, fantanı, gözəlliyi İmişliyə gətirmək istədim”.

Bu gün İmişli parkı hind kinolarında gördüyümüz o gülli-çiçəkli, hər birimizin orada olmağı arzuladığımız həmin məkanı xatırladır. Hər biri xaricdən gətirilmiş əsrarəngiz, rəngbərəng güllər İmişliyə üz tutan turistlərin böyük heyrətinə səbəb olur. Bu gün axşam saatlarında İmişli parkında gəzişən gənclər, dincələn hər bir qadının dilindən Hacının ünvanına alqış eşitmək mümkündür.

Hər bir kəsin bir neçə məsçidi inşa etdirməyə müvəffəq olan, dindar, dininə bağlı, imanlı biri kimi tanığıdı Hacı, əslində real messinatdır. Real olaraq danışmaq qismət olan bu şəxsiyyət bəzilərinə əslində örnək olmalıdır. Hacı içki içən, siqaret çəkən, bir sözlə pis vərdişləri olan gəncləri bu vərdişlərdən çəindirmək məqsədi ilə onları evləndirir, evlə və işlə təmin olunmasına yardım edir, vətənə, dövlətə xidmət etməsinə, digər gənclərə nümunə, yardım olmağa çağırır.

Bayramlarda hər bir xeyriyyətçi kimi kasıbları sevindirən Allah bəndəsi, bunu sidqi ürəkdən edir. Öz evinə aldığı azuqələrdən daha yaxşılarını ehsan etmək gərəkdiyini vurğulayan Hacı, bunun ən çox uşaqları sevindirdiyini bildirir. Onun sözlərinə görə, ailənin sosial imkanı əl vermirsə, bir sıra azuqələri uşaq Ramazan bayramı günü dada bilirsə, o buna vəsilə olanların yox, Allahın böyüklüyünün sübutudur.

Messenatla danışanda onun hər kəlməsini özümdən biixtiyar mesenat Hacı Zeynalabdin Tağıyevlə müqayisə edirdim. Bir çox oxşar xüsusiyyətlərini gördüm. Onlardan ən maraqlı xüsusiyyəti, hər iki mesenatımızın təhsilə və elmə verdiyi önəm idi. Hacının fikirincə bu gün savadlı analara, savadlı qıza, savadlı həyat yoldaşına ehtiyac var: “Onun üçün də, hər kəs oxumalıdır, amma qadınlarımız mütləq savadlı olmalıdır. Qadınlarımız savadlı olarsa savadlı gələcəyimiz də, olar. Kişi istənilən işdə çalışıb evinə pul gətirə bilər, ailəsini çətinliklə də olsa saxlayar. Amma qadınlar bir sənət sahibi olmasalar bunu edə bilmir. Bundan başqa bu gün Azərbaycan inkişaf edir, hər şey dəyişir. Uşaqlarımızın artıq yemək bişirib, paltar yumaqla kifayətlənən anaya yox, onlara yol göstərə biləcək, savadlı, elmli anaya ehtiyacları var”.

Gözəl sözlərdir. Həm də həqiqətdir. Bu kimi dəyərli fikirlərdən sonra insana bəxş edilən o xoş təəsüratı heç bir ifadə ilə əfsuslar olsun ki, təsvir etmək mümkün deyil. Mən müsahibədən çıxanda, özümü cənnətə səfər etmiş kimi hiss edir, real həyatda, özüdə Azərbaycanda bu qədər xeyirxah insanı görmək məni çox sevindirirdi. Çünki mesenat Hacı Tofiq İsayev öz sahib olduqları ilə yox, xalqı üçün etdiklərinə görə də yox, sadəcə böyük və xeyirxah ürəyə sahib olduğu üçün insanlıq adına ən uca zirvəni fəth etməyə müvəffəq olmuşdu...



Ülkər Musazadə
VOİCEPRESS.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 18 915
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter