voicepress.az

SON DƏQİQƏ

Münaqişə ATƏT üçün “stress çarxı”dır?

16-07-2017, 19:05

Dünyada baş verən olayları müqayisəli şəkildə təhlil edərkən, beynəlxalq müstəvidəki ikili standartların ənənəvi affekt tendensiyasına bu qədər bağlılığı sözün əsil mənasında göz yaşardır. Dövlət sərvətinə, xalqına və nəhayət ordusuna belə yiyə durmağı bacarmayan, erməni separatçıları onlarla dinc əhali, körpə, az yaşlı uşaqların amansızlıqla qətlə yetirməyə davam etməsinə göz yuman beynəlxalq ictimaiyyət görəsən öz dövlətlərində bar-bar bağırdıqları, yerə-göyə sığdırmadıqları o sözdə demoratik yanaşmanı burada niyə nümayiş etdirməkdən çəkinirlər?
Təsəvvür edin, bu günlərdə ABŞ-da pişikləri öldürdüyünə görə bir amerikalı gənc 16 il müddətinə azadlıqdan məhrum edilib. İlk baxışdan qanun var, qayda var, deyə, düşünürük. Amma bu gün az yaşlı azərbaycanlı körpənin ermənilər tərəfinin qətlə yetirilməsindən sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland münaqişənin sülh yolu ilə həllinə səsləyərək, bir növ Azərbaycanı az yaşlı körpələrin qatilini cəzalandırmaqdan çəkindirməyi, qatilin bağışlanmasını istəyir...

Və ya Fransanın bir redaksiyasında törədilən qanlı terror aktı böyük sensasiya kimi qəbul edildiyi, rəsmi Parisin həmin terroristlərin cəzalandırmaq gərəkdiyini istədiyi halda, ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti ermənilərin törətdiyi terrorun nəticəsində ölən az yaşlı körpələrin qətillərinə göz yummağımızı, həmin terroristlərlə danışıqlar masasına oturmağımızı necə istəyə bilər?

Məsələnin adamı yandırıb tökən tərəfi isə odur ki, bu ikili standartlardan yanaşmanın əsil təzahüri ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun simasında özünü göstərir. Onun sözləri də, digər həmsədrlərin sözləri kimi dəfələrlə sübut edir ki, “Dağlıq Qarabağ” münaqişəsi bu günlərdə cocuq-mocuğun əlindən düşməyən “stress çarxı” qədər maraqlı dönmə sürətinə malikdir.

Bir sözlə, “Dağlıq Qarabağ” münaqişəsi də, ATƏT-in stress çarxıymış. Bu andra qalmış stress-çarxı Fatıya dərman yox, dərd olduğu kimi, ATƏT də, deyəsən bu münaqişəyə dərd olub. Bir dəfə kəndimizdə ağsaqqaldan bu “ATƏT” nədir deyə sormuşdum. O yaşlı kişi bu sözün rus demişkən traktovkasını verəndə gülmüşdük, amma indi baxıb görürsən ki, vallah ATƏT-ə lazimi statusu vaxtında elə həmin yaşlı kişi veribmiş. O deyirdi ki, ATƏT- “Artist və Təlxələr Əməkdaşlıq Təşkilatı”deməkdir.

Görəsən bu təşkilatın əsil simansını kənddəki o ağsaqqal kimi görən nə vaxt tapılacaq?


Milli idealogiyanı unudanlar kimdir?


Torpaqlarımızdan tutmuş yediyimiz-içdiyimiz hər şeyə qədər, hətta Əliabbas dayının o darbalağına qədər mənimsəyən ermənilərin əlaltılarından biri, bizim torpaqlarda özünü qondarma dövlətin qondarma prezident sözçüsü elan edən David Babayan Zəhranı qətlə yetirdiklərini, dinc əhalinin yurd yuvasını güllə-baran etdiklərini etiraf edərək “Azərbaycan ancaq gücdən anlayır” dediyi halda, erməni qadınları Zəhra ölən günü İrəvandakı mitinqdə “Bütün Azərbaycan uşaqlarının qanını belə axıtmaq lazımdır” deməsindən sonra bir erməni qadının Zəhranın məzarına getməsinin yeri var idimi?

Biz Zəhranı qoruya bilmədik. Zəhra erməni terrorunun qurbanı olsa da, bu acı bir reallıqdır. Deməli, aramızda ermənilər dalana dirənən kimi kiçik artistizm elementləri ilə onları bu dalandan çıxarmağa meyilli dairələr var. Biri erməni ilə selfi çəkdirir, birisi Bakıya gətirib onunla çörək kəsib bunu bir iftixar kimi sosial şəbəkələrdə paylaşır.

Biz ilk əvvəl milli idealogiyamızı səhmana salmalıyıq. Aramızdakı ermənipərəst dairələrin bu kiçik artistizmlərinə göz yummamalıyıq. Əksinə bunu ictimailəşdirməliyik. Bu gün xalqını təmsil edən insan, öz pozisiyasını ictimailəşdirməkdən çəkinməlidir.

Xalq artisti və ya xalq şairi statusu insanı təqdim etmək üçün yox, onun çiyinlərinə qoyulan məsuliyyəti xatırlatmaqdan ötrüdür. Müharibə şəraitində yaşayan bir dövlət, istənilən sahədə mübarizə aparmalıdır. Münasibətlərin cəbhə xəttində həll olunmasını dilə gətirən digər qondarma “xalq artistləri” isə öz düşüncələrini xalqa sırımaqla məşqul olmamalıdırlar, əksinə öz ideyalogiyalarını milliləşdirməyi öyrənməlidirlər. Müharibə şəraitində yaşayan bir dövlətin istər mədəniyyət, istər idman, istər siyasət, istər iqtisadiyyat, istər mətbuat olmaqla hər bir məkanı düşmənlə bir cəbhədir. Əsil milli idealogiya budur. Axı “xalq artisti” adını alıb sizlər Yaltada dincəlib erməni ilə “nümayişkaranə münasibət” sərgiləyərkən gənc oğullarımızın öz həyatları bahasına Vətənin keşiyində sizin kimiləri qoruması sizcə xalq artistinə çox yaraşır ya “xalqın artistinə”?

Lap Viktor Hüqonun “Kral əylənir” əsərindəki Çeprano qrafını lağa qoyan təlxək Riqoletto kimi artistizm istehzası ilə davranan bəzi “xalqın artistləri” ayda torpağa sahib olmaq üçün yox, milli idealogiyaya yiyələnə bilmək üçün səy göstərməlidirlər. Dağlıq Qarabağ hər bir azərbaycanlının torpağıdır. Ən azından Bül-bülün, Üzeyr Hacıbəyovun doğulduğu torpaqların erməni tapdağı altında qaldığını düşünməyən musiqiçimizin, erməni musiqçisi ilə "nümayişkaranə səmimiyyət" göstərisinə necə bəraət qazandırmaq olar? Baxın, bunu anlamaq çox çətin məsələdir...




Ü. Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 346
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter