voicepress.az

SON DƏQİQƏ

Gənc ixtiraçıdan şok iddialar: "Azərbaycanda İxtiraçı olmaqdan çox utanıram"

4-05-2017, 07:53

Bu günlərdə azərbaycanlı gənc ixtiraçı imza atdığı olduqca maraqlı layihələrinə xarici mütəxəssislər tərəfindən qiymət verildiyini desə də, öz vətənində yalnız haqsızlıqlarla üzləşdiyini iddia edir. VOİCEPRESS redaksiyaya ixtiraçının şəxsi imzası ilə daxil olan məlumatı geniş ictimaiyyətin diqqətinə olduğu kimi çatdırmaq istədi:

"İxtiralar elm və digər inkişaf sahələrində yenilikləri və ardınca da zəngin bəhrəsini bəxş edən ilahi bir lütfdür. Bu, zəka ilə hissin yaradıcı görüşüdür. Əqli-yaradıcı iş prosesi zamanı keçmişdə elmə məlum olmayan bir nümunə tapmaq, yaratmaq, düzəltmək, icad etmək ixtira adlanır. S.Rəhimov çox gözəl vurğulamışdır ki, zəmanəmiz söz zəmanəsi deyil, fənn zəmanəsi, ixtira zəmanəsidir.

İxtiraların və elmin inkişaf etdirilməsi hər bir dövlət üçün onun 10, 20 və ya 50 il sonraya etdiyi həm zehni, həm də maddi yatırım deməkdir. ABŞ, İngiltərə, Rusiya, Çin, Almaniya, Yaponiya, İtaliya, Fransa, Hindistan, Pakistan, son zamanlarda da Türkiyyə və İran kimi güclü dövlətlər öz dövlətçiliyini elmi araşdırmalar və bu sahədə texnoloji inkişaf kimi sağlam təməllər üzərində qurur. Onlar saysız-hesabsız beyin mərkəzləri quraraq xaricdən “beyinlər” almağa çalışırlar. Bir tək Türkiyənin inkişaf konsepsiyasına baxsaq, 50 il sonra üçün edilən investisiya yatırımı bu ölkənin nə qədər irəliyə getdiyini əsaslı şəkildə göstərmiş olur. ABŞ və Rusiya kimi dövlətlərin dünya üzərində hegemonluq etmələrinin təməl səbəbləri ştatların zamanında “beyin axını”-nı təşkili, rusların isə sahə alimlərini dövlətdə ən yüksək hörmətə, maddi və mənəvi dəstəyə sahib edərək, onların “böyük dövlətçilik” və “imperializm” ideologiyası ilə bəsləməsi idi. Hindistanın qonşu dövlətlərin ərazisinə müdaxiləsi Pakistanın bu sahədə yatırımlar edərək öz silahlarını və texnologiyasını yaratmağa və inkişaf etdirməyə əsas verdi. Siyasi və dini sıxışdırmalara məruz qalan İran qonşusu Pakistana adekvat addım ataraq öz texnoloji göstəricilərini atom nüvəsinin zənginləşdirməsinə qədər inkişaf etdirdi. Adı çəkilən dövlətlərin hər biri barəsində ayrılıqda geniş məzmunlu məlumat yazmaq olar. Bəs bizlər bu sahədə nələrə sahib olmuşuq? Bu məsələyə diqqət yetirək.

Azərbaycan elminə önəmli töhfələr vermiş ixtiraçılarımızdan yazarkən, təbii ki, ağla gələn şəxslər içərisində Həsən Abdullayev, Midhət Abbasov, Məhərrəm Musayev, Qalib Qarayev, Sabir Əliyev, Sərdar Kərimov, Taryel Eyvazov, Əhliman Əmiraslanov, Əli Cavan kimi dahi şəxsiyyətləri unutmaq olmaz.
Dünyaca tanınmış azərbaycanlı ixtiraçıların həyatını araşdırdıqda, onların əksəriyyətinin xarici dövlətlər adına öz elmi kəçflərini irəli sürdüklərini, xarici elmlər akademiyaların həqiqi və fəxri üzvləri olduqları bəlli olur. Yerdə qalan ixtiraçılaarın vəziyyətindən yazmaq belə ürəyağrıdıcıdır. Onların çoxluq təşkil edən hissəsi öz elmlərini sübuta yetirə bilməyib və, çox əfsuslar olsun ki, elmi işlərini yarımçıq dayandırmışlar. Ətrafımdakı bir çox ixtiraçılarla həmsöhbət olarkən onların ruhdan düşmüş halını görmək insanın ciyərlərini yandırır. Elmi tədqiqatlara başlayarkən əksəriyyətin “Bu çox uzun və çox ağır yol olacaq. Bəlkə də bunun üçün ömrün yetməyəcək. Bunlara hazırsanmı?” – deyə müraciət etmələri məni çox düşündürürdü. Sən demə, insanı elə sındırırlar ki, nə mübarizə aparmağa əzmin qalır, nə də düşünəcək sağlam beynin!

Sürətlə inkişaf edən dünyanın ixtiralar sahəsində ən önəmli budaqlanmalara yüksək texnologiyalar, silah, nəqliyyat, tibb, qida, enerji, inşaat, kosmonavtika və rabitə sahələri aiddirlər. Mənim sadalanan bütün bu istiqamətlərdə hər birindən onlarla ixtira layihələrim var ki, onların içərisindən özümə xas dəstixəttim var. Bu yeni tip nəqliyyat daşıyıcılarıdır. Konstruksiya və işləmə prinsiplərinə görə bir çox fizika qanunlarını pozur və yığılması mühəndislik cəhətlərdən olduqca mürəkkəb prosesdir. Alimlərimiz mənimlə razılaşmırlar, halbu ki bu ideyanın təstiqi elmdə yeni bir səhifə açmaq deməkdir. Hər kəsin gözündən qaçan xırda bir nüans var ki, o məni alimlərdən önə çəkir və onların heç biri məni həzm edə bilmir. Elmi konfranslara, müşavirələrdə, tədbirlərdə, görüşlərdə, dəvət olunduğum müsahibələrdə “beyin gücləri” tərəfindən sərt çıxışlara, tənqidlərə və təhqirlərə məruz qaldım. Bu günə qədər müraciət etdiyim qurum, fond, təşkilat, özəl investorlardan heç bir maddi və mənəvi dəstək ala bilmədim. Tam əksinə, böyük əksəriyyət layihəmi oğurlamağa, əlimdən almağa və önümü kəsməyə cəhd etdi. Hətta “Mən nə qədər ki, buaradayam, sənin heç bir arzun, istəyin həyata keçməyəcək!” deyənlər də az deyil.

Dünyanın ən böyük problemlərindən biri enerji məsələsidir ki, bu sahədə bir çox uğurlu analizlərim var. Bunu sadə missal üzərində göstərəcəm: “Bakıda uçuş zolağından qalxan təyyarə 100 ton yanacaqla hər hansı bir xarici ölkəyə səfər edib geriyə dönüş edir. Həmin prosesisin özü, ona qədər hazırlanan yüksək keyfiyyətli yanacağın hazırlanması və prosesə daxil məsələlər iki qat sərfiyyat deməkdir. Amma mənim gəldiyim nəticə var ki, eyni təyyarəni Bakıda uçuş zolağından havaya qaldırıb dünya üzərində dayanmadan dövrə edib 1 (bir) litr yanacaq istifadə etmədən geriyə eniş zolağına endirmək olar. Üstəlik həmin mühərriklər həm havada, həm suda istifadəyə yararlıdır.

Regionun hər bir şəraitdə istifadəyə yararlı olması və hər qarışının zəngin olması hər zaman buraya xarici qüvvələrin fikrini cəlb etmişdir. Bu isə müdafiənin proritetliyini gündəmə gətirir. Sahə üzrə onlarla ixtira layihəsi və mövcud layihələrin təkminləşməsi məsələləri baxılmışdır. Tərəfimdən hazırlanan layihələrə aşağıdakılar aiddir:

Smart postlar, kəşfiyyatçı dronlar, pilotsuz qırıcı təyyarələr, ekpajsız döyüş maşınları, minaəkənlər, səngər qulluqçuları, “ölüm oxu”, üzümüdafiə oluna bilən və əks-hücum edə bilən bina – “Armagedon”, daşınan kamplar, texnoloji döyüş bunkerləri, dünyanın ən kiçik sualtıqayığı, qoşa lüləli və iki istiqamətli tank, “T-90” tankının dərin sularda üzə bilən modeli və sairələr.

3 il müddətində hazırladığım 70-dən artıq ixtira layihəsini mənə öz əllərimlə məhv etdirməyə çalışan alimlər heyəti həmin fikirlərin ərsəyə gəlməsi üçün hələ çox çalışacaqlar. Bu günlərdə qatıldığım 3 beynəlxalq müsabiqədən azərbaycanlı müsiflər tərəfindən bir tək mənim kənarlaşdırılmam millət olaraq bizim adımıza çox utancverici addımdır. Bunlar mənim beynimdə “Azərbaycanda ixtiraçılar kimdir?” sualına bəzi cavablar yaradır:

1) Heç bir maddi dəstək almadan özünü dünyaya sübuta yetirməyə çalışan varlıq.

2) Dəstək olmadan milyonlar dəyərində prototip hazırlanması tələb edilən varlıq.

3) Ən aşağı vəzifəli şəxsin aldığı məvacibdən 3 qat aşağı dəyərə işləyən varlıq.

4) “Cavansan. Başını belə işlərə qatma. Həyatını yaşa.” Deyilərək gündəlik hədələnən varlıq.

5) İxtiralarının ölümündən sonra da həyata keçirilməyəcəyini başa düşərək həyata gözlərini yuman varlıq.


İxtira layihələri “Azərbaycan hədəfləri 2020 və 2025” inkişaf konsepsiyasına uyğun hazırlanaraq büdcəyə 235 milyard manat gəlir gətirməyi hədəfləyirdi. Mənim layihələrim əlimdən alına bilər, amma alimlərimizin başa düşməsini istədiyim bir məsəslə var: “Siz istəsəniz də, istəməsəniz də, mən gələcəyin alimiyəm. Sizin kimi "Edisonlar" gənc istedadları bu cür uzaqlaşdırdıqca hələ çox illər Azərbaycanda Arximed, Albert Eynşteyn, Ziqmund Freyd, Karl Marks və Teslalar yetişməyəcək! Azərbaycanda İxtiraçı olmaqdan çox utanıram!”










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 7 005
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter