voicepress.az

SON DƏQİQƏ

Terrorla mübarizə Azərbaycanın Rusiyayla əməkdaşlığının əsas prioritetlərindən biridir

20-04-2017, 21:13

Son vaxtlar dünya gündəmində ən aktual məsələlərdən biri də, terror təhlükəsi və buna qarşı mübarizə məsələsidir. Bir çox dövlətlər bu mübarizəyə qoşulmuşdur. Əsasən bu dəfələrlə terrordan əziyyət çəkən ölkələrdir.

Qeyd edək ki, terrorizmə qarşı mübarizədə olduqca təcrübəli aparıcı dövlətlərdən biri də, Rusiyadır. Bu acı təcrübə Sovet İttifaqı vaxtlarından daha çox, Rusiya imperiyası zamanı müşahidə edilib. Belə barbarlığa qarşı uzunmüddətli müqavimət Rusiyanın terrorla mübarizədə güclənməsinə səbəb oldu.

Bu gün çətin şərtlərdə belə , Rusiya beynəlxalq anti terror əməkdaşlığında, xüsusilə BMT və digər nüfuzlu təşkilatlarda özünün çevik və dinamik iştirakını davam etdirir. Beynəlxalq ictimaiyyətin qlobal terror təhlükəsiylə bağlı ciddi narahatlığını nəzərə alaraq, bir faktı xüsusilə qeyd etmək lazımdır ki, bu məsələylə bağlı mühüm dəyişikliklər olub. Beynəlxalq terror təşkilatları sayılan “ASALA” , Cəbhət ən-Nüsrə və İŞİD terror qruplaşmalarının törətdiyi zorakılıq görünməmiş səviyyəyə çatıb.Onlar nəinki öz hərəkətlərinə haqq qazandırır, hətta bu yolla hakimiyətə gəlmək iddiasındadırlar. Zorakılıq naminə xalis zorakılıq.

Sözsüz, Azərbaycan dövləti regionda təhlükəsizlik və stabilliyin möhkəmlənməsinin terrora qarşı mübarizə aparan ölkələrin birgə əməkdaşlığından aılı oldugunu yaxsi bilir. Qlobal təhlükəsizlik, yeni yaranmış təhdidlərə qarşı terrorizm, kütləvi qırğın silahlarının yayılması, daxili hərbi münaqişələr və beynəlxalq hərbi müdaxilələr, mübahisəli ərazi məsələri, bu istiqamətdə əməkdaşlığı gücləndirmək üçün Azərbaycanın təcrübəli müttəfiqə ehtiyacı var.

Rusiyanın strateji tərəfdaşı olmaqla , Azərbaycan terrora qarşı mübarizədə birgə əməkdaşlığı gücləndirmək, şimal qonşusunun təcrübəsini öyrənmək, fikirlərini bölüşmək imkanı qazanıb. 1988 ci ildən bəri , Azərbaycan terrorun qurbanı olan ölkələrin sırasındadır.

Ölkəmizin dəfələrlə terrordan əziyyət çəkdiyini nəzərə alsaq, Moskva və Bakı Cənubi Qafqazda regional və milli təhlükəsizlik, real təhdidlər mövzusunda daha sıx əməkdaşlıq etməlidirlər.

Rusiya və Azərbaycan arasında bu istiqamətdə çoxtərəfli əməkdaşlığın inkişafı, eyni zamanda Ermənistan və Yaxın Şərqdə terror təhlükəsinin birgə analizi regionda stabilliyin qorunmasına xidmət edəcək.

2011-ci ildən bəri, bir sıra qüdrətli dövlətlər Yaxın Şərqdə yeni ixtilaflar və qarşıdurmalar yaradıb, öz maraqlarını təmin etməyin həvəsinə düşüblər. Beynəlxalq ictimaiyyət isə bunun acı nəticəsini Suriya, İraq və Liviyanın timsalında görür. Belə məqsədyönlü siyasətin aparılması , qonşu dövlətlər, islam dünyası, həmçinin MDB ölkləri üçün də, təhlükəli sayılan “zəncirvari terrorun” yaranmasıyla nəticələndi.

Bu baxımdan da, Rusiyanın əsas mövqeyi “ASALA” və “İŞİD” qruplaşmalarının yaratdığı terror təhlükəsinin qarşısını yalnız birgə əməkdaşlıqla almaqdan ibarətdir.

Bu gün Azərbaycan Rusiya və digər MDB ölkələri terrora qarşı mübarizədə vahid koalisiyada birləşməlidirlər. Bu həmin ölkələrə terrorla mübarizədə Rusiyanın təcrübəsindən istifadə etmək, həmçinin beynəlxalq normalara uyğun olaraq, terror qruplarına qarşı birgə mübarizə fürsəti verəcək.

Rusiya və Azərbaycan birgə əməkdaşlıq etməklə, beynəlxalq terrorizmlə mübarizədə mühüm işlər görə bilər. BMT-nin qlobal terrorizmlə mübarizə strategiyası və terrora qarşı MDB koalisiyasının yaradılması bu sahədə atılmış uğurlu addım olacaq.

Bu isə Rusiya və Azərbaycanın qurduğu anti-terror koalisiyasına qoşulan ölkələrin sayının artmasına şərait yaradacaq.


Siyasi yazar Ülkər Musazadə
Tərcümə etdi: Ülkər Mirzəyevə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 942
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter