voicepress.az

SON DƏQİQƏ

Özümdən özümə məktub: "Təsəvvür edin, yüzlərlə jurnalistin, redaktorun, korrektorun çalışdığı məkanda “Azərbaycan İpoteka Fondu” necə yazılır..."

13-04-2017, 23:54

Bəzən biz jurnalistlər hər gördüyümüzü tənqid edə bilirik. Əslində edirik də... Amma bu günə kimi heç bir jurnalistin digər bir jurnalisti tənqid etdiyini görmədik. Bu digər tərəfdən əsil haqq adına yazan jurnalistlərimizin bəlkə də ən böyük qüsurudur. Axı atalar məsəli var, öz gözümüzdə çöpü görə bilməyib də, başqa sahədəki tirləri saymaq hansı haqq ədalətə uyğun gələ bilər?

Elə bu məqsədlə bu gün mən bizim bəzi jurnalistlərimizi tənqid hədəfinə tutmaq istədim. Ümidvaram bu ədalətli tənqidi var olduğu kimi qəbul edəcək, görünən mövcudluqdan nəticə çıxara biləcəyik.

Ötən gün minlərlə jurnalistin, yüzlərlə mətbu orqanın fəaliyyət göstərdiyi Nəşriyyata yolum düşmüşdü. Jurnalist həmkarımızı elə Nəşriyyatın foyesində gözləyirdim ki, birdən gözüm dəhlizdəki bir elana sataşdı. Elanda bir neçə orfoqrafik səhvləri görməmək mümkün deyildi.

Orfoqrafik səhvlərlə dolu dönərçidə, hər hansısa bir restoranda və ya digər yerdə elanı görsəydim bu qədər təəcüblənməzdim. Axı Nəşriyyat dediyimiz yerdə minlərlə jurnalist, redaktor çalışır. İllərdir qəzetlər nəşr olunur. əcaba, niyə bu qədər mətbuat nümayəndəsi o elandakı səhvləri görə bilməyib?

Yəni bizim jurnalistlərimiz İpoteka sözünün “o” hərfi ilə yazıldığını bilmirlərmi? Təsəvvür edin elanda “Azərbaycan İpateka Fondu” yazılıb. Bilirsiz nə maraqlıdır?

İpoteka ilə ipatekada səhv tuta bilməyən jurnalistlərimizin isimləri sabah ev alan jurnalistlər siyahısında öndə olacaq. Bəlkə də, elə ona görə də, onların işləri “ipotekaya” düşmür. Elə bu səbəbdən də, necə yazıldığını unudurlar. Çünki elanda “Vergiler” sözündə də, problem vardı. Bu söz də əslində jurnalistlər arasında sevilməyən sözlər siyahısında olsun gərək. Amma bu səhvə yol verməyə dəlalət etməməlidir, deyə düşünürəm.

Səhv etmirəmsə, baş redaktorları millət vəkilləri olan bir neçə mətbu orqan da, Nəşriyyatda fəaliyyət göstərir. Həmin mətbu orqanlar isə ölkənin aparıcı mətbu orqanları sırasında adları çəkilən mətbu orqanlarıdır. Hətta o qəzetlərdə çalışan həmkərlarımız mütəmadi olaraq KİV-lə bağlı keçirilən saysız-hesabsız müsabiqələrin qalibləridir. Bəs onlar niyə Nəşriyyatın girəcəyindəki elanda “ipateka” sözündəki o səhvi görə bilməyib?

Bu gün bir çox saytlarda və qəzetlərdə texniki səhvi görürük. Hətta dərc olunan kitablardada olur belə orfoqrafik səhvlər. Olmamalıdır amma olur. Bu mətbuat aləmindəki reallıqdır. Çünki hər saytın və ya qəzetin bir redaktoru olur.

Amma nəşriyyatda yüzlərlə redaktor, korrektor, jurnalist çalışır.Onların birinin belə, bunu fərq etməməsi qəbul edilməz olsun gərək...

Cənablar, biz tənqidi yazanda ilk əvvəl özümüzün tənqidindən başlamalıyıq. Əks halda, ədalət naminə tənqid etdiyimiz ünvanların adına ədalətsizlik etmiş olarıq.





Ü.Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 669
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter