voicepress.az

SON DƏQİQƏ

Gündə bir atasından-anasından küsən ermənini Bakıya gətirib...

25-03-2017, 20:01

Bu günlərdə post, vəzifə uğrunda məmurlararası gedən soyuq çəkişmə kimin gözündən qaçsa da, media əhlinin gözündən qaçmayan məqamlardandır. Bu bir növ məmurların post uğrunda kim-kimi yordu oyununun bir qədər siyasiləşmiş formasıdır. Sifarişli yazılarla bir-birini yormağa çalışan məmurlar əslində düşmən dəyirmanına su tökməklə məşquldur. İş orasındadır ki, düşmənin dəyirmanına su töküb, erməniyə dayı deyənlər, nəzərlərindəki o böyük kürsüyə oturmaq amalı ilə vaxtı ilə can deyib, can eşidən, həmvətəni ilə elə lap erməni kimi davranır...

Bu gün məmurlararası çəkişmənin üç böyük həmləsi var. Birinci həmlə hədəfini ya Mahmudov və ya Çocvdarovlarla əlbir olmaqda ittiham etmək, ikinci həmlə ermənilərlə iş birliyində ittiham etmək, üçüncü həmlə hansısa dini təriqətin yayılmasına xidmət edən kimi təqdim etmək mətbuat üzərindən ağına-bozuna baxmadan, gözdən salmaq məqsədi ilə türk demişkən istefa “kvamına” gətirmək məqsədi daşıyır.

Deməli, oturulan kürsüdən birini yuvarlatmağın yeganə yolu adının üç həmlə kateqoriyasından birini istifadə etməklə hallandırılan zaman mümkündür. Görünür, bu günlərdə həmin soyuq çəkişmənin xəbərsiz qurbanlarından biri də, Aydın və Abbas Abbasovlardır.

Aydın və Abbas Abbasovla bağlı sifarişli yazı ikinci həmlə kateqoriyası üzərində yazılıb. Ona görə də, onları erməni qohumlarının olması ilə bağlı qınaq obyektinə tutublar.

Maraqlısı odur ki, neçə illərdir Aydın Abbasov millət vəkili olub. Görünür yazını sifariş verən şəxs MSK-dan daha yaxşı çalışır. Çünki millət vəkilliyinə namizəd olan hər bir kəsin bütün əba-əcdadı xüsusi yoxlamalarla müşayət olunduğu halda, nədənsə Aydın Abbasovun ailəsində erməni olduğu millət vəkilliyi dönəmindən sonra aşkar olunur... Buna əsasən sual vermək haqqımızdır ki, Aydın Abbasov əgər ki, erməni qanı daşıyırdı, o nə üçün millət vəkili seçilmişdi? Bunca illik fəaliyyəti boyu onun hansı ermənipərəstliyini görmüsüz? Əkrəm Əylislinin qanında erməni qanı olmasa da, o hərəkətləri ilə erməni xislətinə mənsub olduğunu bildirdi və biz hamılıqla istəsək də, istəməsək də, bu mövqeyi qəbul etdik.

Axı qəlbi hər zaman Azərbaycanla döyünən həmvətənimizin kimlərinsə xüsusi maraqlarını təmin etmək üçün bilərəkdən erməni adlandırılması, sizcə erməni sayağı arxadan vurulan zərbə deyilmi? Vaxtı ilə millət vəkili olan Aydın Abbasovun qəbulunda saatlarla onu gözləyənlərin bu gün onu parlamentdə oturmadığına görə ermənilərlə qohumluqda ittiham etməsi, görəsən hansı erməni xislətinin maraqlarına xidmət edir?
Bu gün Aydınımızı, Abbasımızı özümüz erməniləşdirib qələmə veririksə, daha nə “Qarabağ”dan, nə “Sarı Gəlin”dən, nə “Balaban”dan, nə “Kamança”dan danışmağa haqqımız yoxdur.

Çünki bizi içimizdən gəmirən, işğalçı erməni ideyalogiyasına çalışıb bizləri erməni mənsubiyyətinə sırıyanlar, hələ də aramızda var. Axı bu gün Əlini, Vəlini, Aydını, Abbası və ya Daşdəmiri erməni nənəsinin, babasının olmasını iddia edənlərin aramızda olması nə qədər bizi bu fürsətgüdən erməni işğalından xilas etmək üçün uğurlu variantdır?

Digər tərəfdən multikultiral dəyərlərdən əlimizə bayraq alıb gündə bir atasından-anasından küsən ermənini Bakıya gətirib, şəhəri gəzdirib, onlarla çörək kəsib, selfi çəkdirib, nümayiş etdirənlər niyə belə ikili standartlarla yanaşma nümayiş etdirir?

Multikultural dəyərlərdən danışıb ermənini Bakıda təmtəraqla qarşılamağın nədir, eks deputatı erməni ilə qohumluqda ittiham etməyin nə? Bu ikili standartlar deyil, bəs nədir?

Axı bu gün Aydın kimi oğullarımızı özümüz bu cür düşünülməmiş davranışlarımızla erməniləşdiririksə, biz sonra erməni mənimsədiklərini necə sübut edək?

Deməli Mübariz İbrahimov kimi oğullarımızın İrəvanda heykəlinin qoyularaq erməni olmasını iddia edənlər, bu gün də Aydın Abbasovu erməniyə sırımağa çalışır...







Ü. Musazadə

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 796
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter