voicepress.az

SON DƏQİQƏ

Qarşılıqlı qonşuluq prinsipləri ilə əməkdaşlıq bizi Rusiya ilə üz-üzə qoyacaq...

9-02-2017, 16:18

Tarix boyu bütün müharibələr və siyasi həmlələr iqtisadi böhranın caynağına keçmiş ölkələrin başına gətirilir. Xüsusən də, bu ölkə kiçik və inkişaf etməkdə olan ölkələrdirsə. Əgər üstəlik müsəlman ölkəsidirsə, bir sıra xarici siyasi dairələrə xidmət edən maraqlar üçün onu darmadağın etmək cəmi bir neçə saata mümkündür.

Cənubi Qafqazda bu gün Avropa Birliyinin Rusiyaya qarşı 2: 1 nəticə ilə qabaqda olması əslində Rusiyanın yaxın günlərdə bu nəticəni dəyişməyə cəhd edəcəyinə dəlalət edir...

Avropa İttifaqı ilə görüşlər ölkəmizə axı nə verə bilər? Ukraynaya və ya Gürcüstana nə verə bildi ki?

Azərbaycan hər zaman düşünülmüş və müstəqil siyasi gedişlərin müəllifi olsa da, əslində qlobal iqtisadi vəziyyətdə süni qızışdırılan qeyri sabitliyə gedən yolun yolçusuna çevrilmiş oldu. Merkel belə öz çıxışında Avropa Birliyinin artıq öz funksiyasını itirdiyini və başqa bir qurumun yaranmasına ehtiyac olduğunu dediyi halda, biz nəyə görə, qeyri adekvat siyasi gedişdə bulunduq, məlum deyil...

Bəli, bu gün “Lavrov və sadə jurnalist” hekayəsinin əslində Avropa İttifaqı ilə görüşlərin alınması üçün enmə zolağı belə hesab etmək olar. Çünki ardından Avropa tərəfdən iki bizə görə böyük, Fransa qondarma erməni soyqrımına görə, illərdir tətbiq etdikləri cəza qanununun ləğv edilməsi, ardından Avropa Parlament Assambleyasında parlamentarinin ona konyak müqabilində qərarının ermənilərin xeyirinə dəyişmək təklifinin dilə gətirəcək cəsarət sərgiləməsi, əvvəlcədən düşünülmüş siyasi gediş idi. Düzdür, bu istiqamətdə uzunmüddətli hazırlıq işləri görülürdü. Öncə Avropa nümayəndə heyəti Azərbaycana gəlmişdi və ölkə prezidenti ilə görüşmüşdü. O zaman qarşılıqlı əməkdaşlığın istiqamətləri haqda məsələlər də, müzakirə edilmişdi. Hətta Avropa İttifaqının Azərbaycanda bağlanmış nümayəndəliyinin yenidən açılması barədə razılığa belə gəlinmişdi.

Lakin bu dəfə Avropa İttifaqının daha dərin və geniş əməkdaşlığa ehtiyac duyması və bunun üçün Aİ-nin birdən-birə “qayğıkeş ana” obrazını oynayaraq, Azərbaycanı buna inandıra bilməsini, əslində Aİ üçün böyük uğur hesab etmək olar. Məsələ isə ondadır ki, prezidentin Belçikaya səfəri elə məhz Aİ üçün uğurludur. Azərbaycan xalqı üçün isə illərdir sabit yaşamağa öyrəşmiş qeyri sabitliyə gözüyumulu getməkdən başqa bir şey deyil.
Bir sıra politoloqlar Belçika səfərini uğurlu hesab edir.

Nədənsə hadisələrin belə ani və planlı şəkildə reallaşması heç kimi narahat etmir. Axı bu gün dost kimi gözümüzə görünməyə cəhd edən və bizi təhlükəli siyasi arenaya dəvət edənlər arasında ATƏT-in həmsədr dövlətləri olan ABŞ və Fransa da, var. Hansı ki, məhz Dağlıq Qarabağ məsələsində Status-Kvonun saxlanılmasının leyhinə hər bir siyasi gedişə hazırdırlar və bunu dəfələrlə sübut da, ediblər. İndi Avropa İttifaqı ilə yaxınlaşma, Dağlıq Qarabağ məsələsində nə kimi dəyişikliklər vəd edə bilər? Axı burada bizdən Avropa Birliyi ilə yaxın qonşuluq siyasətinin prinsiplərinə əməl etmək tələb olunur?! Bu qonşuluq prinsiplərində isə Rusiyaya qarşı mövqe də, öz əksini tapacağı heç də şübhə doğurmur. Yaxın günlərdə qarşımıza həmin mövqedən çıxış etməmiz üçün müəyyən qonşuluq prinsipləri sunulduğu zaman, görəsən Azərbaycan hansı siyasi gedişlə vəziyyətdən çıxış yolu tapacaq? Belə olan halda Belçika səfərini necə uğurlu adlandırmaq olar?


Əslində Aİ ilə bu anlaşmanı mövcud qlobal iqtisadi çətinlikdə Avropa banklarında xarici siyasi dairələrə çalışan “məmurlar”-ın bank hesablarının dondurulmaması üçün uğurlu hesab etmək olar. Çünki hər kəs Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycanda keçirilən seçkilərdə əsil simasını və mövqeyini xatırlayır. Hər kəs fərqindədir ki, Avropa İttifaqı qarşılıqlı qonşuluq prinsipləri ilə əməkdaşlıq bizi Rusiya ilə üz-üzə qoyacaq. Belə olan halda Dağlıq Qarabağ məsələsinin hansı siyasi yön alacağı müəmmalı məsələdir...Hadisələrin bu cür gedişatı isə Aprel döyüşlərinin təkrarlanacağına da, təkan verə bilər.





Siyasi analitik Ülkər Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 706
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter