voicepress.az

SON DƏQİQƏ

Şeydayevin komandası "Spartak"la səfər heç-heçəsi edib

4-08-2019, 10:56

Şeydayevin komandası "Spartak"la səfər heç-heçəsi edib

Ötən gün futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

VOİCEPRESS.AZ xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva "Dinamo"su səfərdə paytaxtın "Spartak" klubunun qonağı olub.

Görüş qolsuz bərabərliklə başa çatıb.

Ramil Şeydayev start heyətində meydana çıxsa da, 74-cü dəqiqədə Vyaçeslav Qrulyev ilə əvəzlənib.

Bu oyundan sonra hər iki komanda xallarının sayını 5-ə çatdırıb və müvafiq olaraq 8 və 9-cu yerlərdə qərarlaşıb.

Növbəti turda "Dinamo" doğma meydanda "Zenit"i qəbul edəcək.











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 331
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter