voicepress.az

SON DƏQİQƏ

Türkiyə cüdoçusu Bakıda qızıl medal qazandı

25-07-2019, 19:19

Türkiyə cüdoçusu Bakıda qızıl medal qazandı

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlar arasında 57 və 63 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.

VOİCEPRESS.AZ xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində yarışın finalında Türkiyə idmançısı Özlem Yıldız finalda rusiyalı Kseniya Qaliskayanı məğlub edərək qızıl medal qazanıb.

Bu çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Aytac Qardaşxanlı almaniyalı Samira Bocka məğlub olaraq bürünc medalı əldən verib. Digər bürünc medalı rumıniyalı Florentina İvaneskuya qalib gələn hollandiyalı Alekse Vaqemaker aktivinə yazdırıb.

Finalda xorvatiyalı Katarina Kristoya qalib gələn hollandiyalı Yoanne Van Lishut isə 63 kiloqram çəki dərəcəsində çempion adına sahib olub. Bürünc medallara ukraynalı Yuliya Kurçenko və ispaniyalı Laura Vazkes Fernandez layiq görülüblər.



















VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 439
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter