voicepress.az

SON DƏQİQƏ

Leyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarla - FOTOLAR

22-06-2019, 17:17


İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüblər.

VOİCEPRESS.AZ-ın məlumatına görə, Atletlər Kəndində keçirilən görüşdə nümayəndə heyətinin üzvləri idmançılarla söhbət edib, onlara II Avropa Oyunlarında uğurlar arzulayıblar.

Sonra Atletlər Kəndində yaradılan vəziyyətlə tanışlıq olub.

Atletlər Kəndinin meri, Belarus Təhsil nazirinin müavini Sergey Rudıy idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə məlumat verib. O, Oyunların təşkilində azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb.

İkinci Avropa Oyunlarının işıqlandırılması üçün Belarus paytaxtına ezam olunan Azərbaycan jurnalistlərinə müsahibə verən Leyla Əliyeva idmançılarımızın “Minsk 2019”da uğur qazanacaqlarına ümid etdiyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Leyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarla - FOTOLAR












VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 816
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter