• 12:16 – Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb 11:52 – Ermənilər atəş açdı, Azərbaycan əsgəri yaralandı 11:29 – Stoltenberq: “NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” 11:21 – Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı 14:33 – Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 
  • 21:11 – Millət vəkili İsveçrədə qaçqınlarla bağlı çağırış etdi 
  • 19:34 – Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 
  • 13:10 – Şəkidə xəsarət alanların SON DURUMU 

Nazir: "Azərbaycanın yeniyetmə idmançılarının əksəriyyəti gələcəkdə olimpiya çempionu ola bilərlər"


"Əlli gün sonra Azərbaycanda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq. Onların əksəriyyəti gələcəkdə olimpiya çempionu ola bilərlər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qarşımıza məqsəd qoymuşuq".

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə deyib.

"Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik", - nazir bildirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iki əlamətdar hadisənin birgə qeyd olunmasının əhəmiyyətindən danışıb. O, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının Azərbaycan üçün tarixi əhəmiyyət daşıdığını söyləyib.

Daha sonra XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir nümayiş olunub.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək.

Nazir: "Azərbaycanın yeniyetmə idmançılarının əksəriyyəti gələcəkdə olimpiya çempionu ola bilərlər"







VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter