voicepress.az

SON DƏQİQƏ

“Çelsi” Avropa Liqasının qalibidir - YENİLƏNİB

30-05-2019, 01:21

“Çelsi” Avropa Liqasının qalibidir - YENİLƏNİB

“Çelsi”-“Arsenal” oyunu yekunlaşdı. “Arsenal”ı 4:1 hesabı ilə məğlub edən “Çelsi” Avropa Liqasının qalibi oldu.

***

“Çelsi”nin oyunçusu Eden Azar 71-ci dəqiqədə özünün 2-ci, komandasının 4-cü qolunu vuraraq hesabı 4:1 edib.

***

Oyunun 69-cu dəqiqəsində “Arsenal” hesab arasındakı fərqi azaldıb. Aleks İvobi möhtəşəm qolla hesabı 3:1 edib.

***

“Çelsi”-“Arsenal” oyununun 65-ci dəqiqəsində daha bir qol vuruldu. Modern.az xəbər verir ki, “Çelsi”nin hücumunun qarşısı kobud şəkildə alındığından “Arsenal”ın qapısına penalti təyin edilib. Penaltini dəqiq yerinə yetirən Eden Azar hesabı 3:0-a çatdırıb.

***

“Çelsi” yenidən fərqlənib.

VOİCEPRESS.AZ xəbər verir ki, “Çelsi”nin oyunçusu Pedro Rozdrigez 60-cı dəqiqədə fərqi 2 topa çatdırıb.

***

“Çelsi” - “Arsenal” qarşılaşmasının ikinci hissəsində hesab açıldı.

VOİCEPRESS.AZ xəbər verir ki, oyunun 49-cu dəqiqəsində Oliviye Jiru “Çelsi”ni önə keçirbr.

***

"Çelsi" - "Arsenal" oyunu başladı. Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi - "Çelsi" və "Arsenal" komandaları üz-üzə gəlir.

Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyir.

***

Avropa Liqasının finalında Bakı Olimpiya Stadionunda bu gün saat 23:00-da başlayacaq "Çelsi" - "Arsenal" oyunu üçün heyətlər açıqlanıb.

VOİCEPRESS.AZ-ın məlumatına xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

"Çelsi": Arrisabalaqa, Jorjinyo, Kante, Hazard, Pedro Rodriqes, Kovaçiç, Jiru, Kristensen, Aspilikueta (k), David Luis, Emerson Palmeri

Ehtiyat oyunçular: Kabalyero, Kamminq, Alonso, Barkli, İquain, Zappakosta, Villian, Kehill, Ampadu, Qallaher, Makikran

"Arsenal": Çex, Papastatopulos, Koselni (k), Lyakazett, Özil, Torreyra, Obameyanq, Meytlend-Nayls, Monreal, Kolaşinaç, Caka

Ehtiyat oyunçular: Leno, İliev, Elneni, Lixtştayner, İvobi, Mustafi, Uelbek Cenkinson, Qenduzi, Nketia, Uillok, Saka










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 794
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter