voicepress.az

SON DƏQİQƏ

AMADA idman ictimaiyyətini dopinqlə mübarizəyə cəlb edir

12-12-2018, 00:33

Dekabrın 11-də Azərbaycan Milli Antidopinq Agentliyində (AMADA) idman ictimaiyyətinin nümayəndələri, müxtəlif idman növləri üzrə ölkəmizi beynəlxalq yarışmalarda təmsil etmiş tanınmış idmançılar ilə görüş keçirilib.

VOİCEPRESS.AZ xəbər verir ki, görüşdə iştirak etmiş idmançılar arasında İlham Zəkiyev, Hacı Əliyev, Orxan Səfərov, Fəridə Əliyeva, Siana Vasileva, Zəkiyyə Həsənova, Məhəmməd Məmmədov, Fəxriyyə Tağızadə, Səid Quliyev, Kamran Şahsuvarlı, Ruslan Abışev və Məryəm İmanova da olub.

Tədbirdə məqsəd idman ictimaiyyətini Agentliyin planları ilə tanış etmək, milli antidopinq proqramının həyata keçirilməsində dəstək əldə etmək və onların nümayəndələri ilə məsləhətləşmələr keçirmək idi.

AMADA-nın rəhbəri Şəfəq Hüseynli iştirakçılara Agentliyinin dopinqlə mübarizəyə və dürüst idmançıların təmiz idmana hüquqlarının müdafiəsinə yanaşması, cari fəaliyyəti və milli antidopinq proqramının təkmilləşdirilməsi üzrə planları barədə məlumat verdi. Test keçirmə və idman ictimaiyyətinin dopinqin zərəri və idmançıların hüquq və öhdəlikləri barədə biliklərinin artırılması üzrə əsas fəaliyyəti ilə yanaşı, Agentlik digər dövlət, o cümlədən, hüquq mühafizə orqanları ilə birlikdə idman nailiyyətlərinin süni artırılması üçün istifadə edilən güclü təsirli preparatların ölkəyə qanunsuz gətirilməsi və satışının qarşısının alınması üzərində fəal işləyir.

Ş.Hüseynli, idman ictimaiyyətinin dəstəyi daxil olmaqla, bütün maraqlı tərəflərin birgə səylərinin milli idmanın inkişafında və onun təmizliyinin təmin olunmasında müsbət rol oynayacağına əminliyini bildirdi. Bundan sonra, o, konkret təkliflərə keçərək, görüş iştirakçılarına öz rəylərini paylaşmağı təklif edib.

AMADA-nın prioritetlərindən biri idmançılar tərəfindən antidopinq qaydalarının qəsdən olmadan pozulması hallarının azaldılmasının təmin edilməsidir. Belə ki, idmançıları antidopinq qaydaları və prosedurları, həmçinin, öz hüquqları və öhdəlikləri ilə daha yaxından tanış etmək məqsədilə, AMADA-nın Tokio 2020 Olimpiya Oyunlarının gələcək iştirakçıları tərəfindən məcburi antidopinq təliminin keçilməsi barədə təklifi görüş iştirakçılarının və, o cümlədən, bu təşəbbüsü çox lazımlı kimi qiymətləndirmiş Paralimpiya Oyunlarının çoxqat çempionu İlham Zəkiyevin dəstəyini qazanıb.

Həmçinin, iştirakçılar tərəfindən AMADA-nın onlayn təhsil kurslarının, Azərbaycanda əlçatan olan qadağan edilmiş maddə və preparatlar üzrə onlayn məlumat bazasının yaradılması üzrə planları və, o cümlədən, idmançılar tərəfindən terapevtik istifadə üçün icazələrin alınması və s. üzrə daha təfərrüatlı malumatlandırıcı seminarların keçirilməsi barədə təklifləri dəstəklənib.

Görüş zamanı antidopinq təhsilinin effektivliyi məsələləri müzakirə edilmiş və güləş üzrə çoxqat dünya çempionu Hacı Əliyevin təklifi ilə həm idman ictimaiyyətinin, həm də əhalinin geniş dairələrinin məlumatlılığının artırılması və idmanın təmizliyinin təmin edilməsi üzrə mübarizəyə cəlb edilməsinə həsr edilmiş tədbirlərdə idmançıların iştirakı üzrə razılıq əldə edilib.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 733
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter