voicepress.az

SON DƏQİQƏ

Xorvatiya - Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşib

11-12-2018, 10:02

Xorvatiya və Azərbaycan milli komandaları arasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin ilk tur matçının keçiriləcəyi stadion müəyyənləşib.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bu barədə qərar Xorvatiya Futbol İttifaqının (HNS) İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Qərara əsasən, 2019-cu il martın 21-də nəzərdə tutulan görüş Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq.

İcraiyyə Komitəsi, həmçinin HNS-in yeni təklif olunan gerbini dəyişməməyi də məqsədəuyğun sayıb. Qurum açıq müsabiqə nəticəsində təklif olunan variantlardan heç birinin hazırkını üstələmədiyi qənaətinə gəlib. Hazırkı gerbdə damalar təsvir olunub və yığma da oyunlara belə formalarla çıxır.

Qeyd edək ki, Xorvatiya və Azərbaycan milliləri Macarıstan, Slovakiya, Uelslə birgə E qrupunda yer alıb.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 871
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter