voicepress.az

SON DƏQİQƏ

Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq

20-11-2018, 07:22

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.

VOİCEPRESS.AZ xəbər verir ki, VI turun sonuncu oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunacaq və növbəti mərhələyə yüksələcək sonuncu 4 komandanın adına aydınlıq gələcək.

D Liqasının III qrupunda Azərbaycan millisi səfərdə Kosovo ilə üz-üzə gələcək. Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda qələbə qazanacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq. Qrupun digər matçında isə Malta və Farer adaları yığmaları qarşılaşacaq.

A Liqasının III qrupunda keçiriləcək Portuqaliya – Polşa matçının nəticəsi heç bir əhəmiyyət kəsb etməyəcək. Portuqaliya növbəti mərhələni öncədən təmin edib, qonaq komanda isə aşağı liqaya düşüb.

B Liqasının II qrupunda Rusiya səfərdə İsveçin qonağı olacaq. Şimal qonşumuza növbəti mərhələ üçün bir xal bəs edəcək. İsveç isə qalib gələcəyi təqdirdə “play-off”a yüksələcək.

C Liqasında isə 3 oyun baş tutacaq. I qrupda Şotlandiya evdə İsraillə münasibətlərə aydınlıq gətirəcək. İsrail yığmasına növbəti mərhələ üçün heç-heçə də kifayət edir. Şotlandiya isə rəqibinə mütləq qalib gəlməlidir.

IV qrupda isə Monteneqro Rumıniyanı, Serbiya isə Litvanı qəbul edəcək. Qrupda Serbiya və Rumıniya komandalarının növbəti mərhələyə yüksəlmək şansları var.

UEFA Millətlər Liqası, VI tur

A Liqası, III Qrup

23:45. Portuqaliya – Polşa

Xal durumu: Portuqaliya – 7 xal (3 oyuna), İtaliya – 5 (4), Polşa – 1 (3)

B Liqası

II Qrup


23:45. İsveç – Rusiya

Xal durumu: Rusiya – 7 xal (3 oyuna), İsveç - 4 (3), Türkiyə - 3 (4)

C Liqası

I Qrup

23:45. Şotlandiya – İsrail

Xal durumu: İsrail – 6 xal (3), Şotlandiya – 6 (3), Albaniya – 3 (4)

IV Qrup

23:45. Monteneqro - Rumıniya

23:45. Serbiya - Litva

Xal durumu: Serbiya – 11 xal (5 oyuna), Rumıniya – 9 (5), Monteneqro – 7 (5), Litva – 0 (5)

D Liqası

III Qrup

23:45. Kosovo – Azərbaycan

23:45. Malta – Farer adaları

Xal durumu: Kosovo – 11 xal (5 oyuna), Azərbaycan – 9 (5), Farer adaları – 4 (5), Malta – 2 (5).









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 773
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter