voicepress.az

SON DƏQİQƏ

UEFA Millətlər Liqasında V turun oyunlarına start veriləcək

15-11-2018, 08:44

Bu gün UEFA Millətlər Liqasında V turun oyunlarına start veriləcək.

VOİCEPRESS.AZ xəbər verir ki, ilk oyun günündə 4 liqada 9 qarşılaşma təşkil olunacaq.

A Liqasında iki oyun keçiriləcək. II qrupda Belçika doğma meydanda İslandiya ilə qarşılaşacaq. Meydan sahibləri bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələ şanslarını daha da artıracaq.

IV qrupda isə Xorvatiya evdə İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək. Xorvatlar bu görüşdə də qələbə qazana bilməsələr növbəti mərhələdən məhrum olacaqlar.

B Liqasının III qrupunda Bosniya və Hersoqovina səfərdə Avstriyadan bir xal ala bilsə növbəti matç komanda üçün formal xarakter daşıyacaq.

C Liqasının II qrupunda Macarıstan Estoniyanı, Yunanıstan isə Finlandiyanı qəbul edəcək. Macarıstan və Estoniya növbəti mərhələ şanslarını itirib. Finlandiya isə bir xal qazanacağı təqdirdə sonrakı mərhələni rəsmiləşdirəcək.

Lüksembur yığması D Liqasının II qrupunda evdə Belarusla üz-üzə gələcək. Meydan sahibləri qələbə qazansa, növbəti mərhələyə yüksələcək. Qrupun digər matçında isə San Marino və Moldova komandaları qarşılaşacaqlar.

15 noyabr

Millətlər Liqası

V tur

A Liqası

2-ci qrup

23:45. Belçika - İslandiya

Xal durumu: Belçika – 6 xal (2 oyun), İsveçrə - 6 (3), İslandiya – 0 (3)

4-cü qrup

23:45. Xorvatiya - İspaniya

Xal durumu: İspaniya – 6 xal (3 oyun), İngiltərə - 4 (3), Xorvatiya – 1 (2)

B Liqası

3-cü qrup

23:45. Avstriya - Bosniya və Hersoqovina

Xal durumu: Bosniya və Herseqovina – 9 xal (3 oyun), Avstriya – 3 (2), Şimali İrlandiya – 0 (3)

C Liqası

2-ci qrup

23:45. Yunanıstan - Finlandiya

23:45. Macarıstan - Estoniya

Xal durumu: Finlandiya – 12 xal (4 oyun), Yunanıstan – 6 (4), Macarıstan – 4 (4), Estoniya – 1 (4)

D Liqası

1-ci qrup

19:00. Qazaxıstan - Latviya

23:45. Andorra - Gürcüstan

Xal durumu: Gürcüstan - 12 xal (4 oyuna), Qazaxıstan - 5 (4), Latviya - 2 (4), Andorra - 2 (4)

2-ci qrup

23:45. Lüksemburq - Belarus

23:45. San Marino – Moldova

Xal durumu: Lüksemburq – 9 (4), Belarus – 8 (4), Moldova – 5 (4), San Marino – 0 (4).






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 800
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter