voicepress.az

SON DƏQİQƏ

İdmançımız erməniyə qalib gəlib qızıl medal qazandı

5-11-2018, 16:04

Paytaxt məktəblisi Gürcüstanda karate idman növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 245 nömrəli tam orta məktəbin VI sinif şagirdi Aləm Mürsəlli 35 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Final mərhələdə erməni idmançını məğlub edən A.Mürsəlli qızıl medal, diplom və kubokla təltif olunub.

Qeyd edək ki, qısa müddətdir ki, karate ilə məşğul olmasına baxmayaraq, A.Mürsəlli həm ölkədaxili, həm də beynəlxalq səviyyəli yarışlarda parlaq uğurlara imza atıb. Belə ki, 2017-ci ildə Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə də A.Mürsəlli erməni idmançını məğlub edərək I yerə layiq görülüb.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 936
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter