voicepress.az

SON DƏQİQƏ

Orucov medal qazandı

22-09-2018, 18:33

Cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 final mərhələsinə yüksəlib. Növbəti mərhələdə R.Orucov Əhməd Ayaş (Yəmən) - Sedrik Bessi (Monako) görüşünün qalibi ilə qarşılaşacaq.

***

Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yarımfinalda Yaponiya idmançısı, dünya çempionu Soiçi Haşimotoya məğlub olub. O, bürünc medal uğrunda Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşıb.

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı son təsəlliverici görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb. Heydərov rəqibinə vazari xalı ilə qalib gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri təmsilçimizin görüşünə baxıblar.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 787
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter