voicepress.az

SON DƏQİQƏ

"Qarabağ"dan möhtəşəm qələbə

1-08-2018, 22:56

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin saat 21:00-da başlayacaq cavab matçında qarşılaşacaq “Qarabağ” – “Kukesi” görüşü üçün start heyətlər açıqlanıb.

VOİCEPRESS.AZ xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnosent Emeqara, Miçel, Dani Kintana, Rəşad Sadıqov, Abdella Zubir, Bədavi Hüseynov, Donald Gerye yer alıblar.

“Kukesi”nin ilk onbirliyində isə meydana Stivi Fraşeri, Yuli Şameti, Alba Ala, Arber Çirbya, Sebino Plaku, Harallamb Qaqi, Simo Rumbullaki, Besar Musolli, Edis Malikyi, Vilyam Kordeyro və İrakli Dzaria çıxacaqlar.

***

"Qarabağ"la "Kukesi" arasındakı cavab görüşü başladı: 0-0.

***

"Qarabağ" matçın 22-ci dəqiqəsində Dani Kintananın penaltidən vurduğu qolla hesabı açdı: 1-0.

***

"Qarabağ" matçın 52-ci dəqiqəsində penalti qazandı, ancaq penaltini qazanan Emaqara zərbəni dəqiq yerinə yetirə bilmədi.

***

"Qarabağ" yeni transfer Emaqaranın sayəsində matçın 56-cı dəqiqəsində 3-cü penaltini qazandı. Topa yaxınlaşan Kintana 2-ci topu rəqib qapısından keçirdi: 2-0.

***

"Qarabağ"ın yeni transferlərindən olan Delarj görüşün 89-cu dəqiqəsində fərqi artırdı: 3-0.

***

"Qarabağ" 3-0 qələbə qazanaraq ÇL-nin 3-cü təsnifat mərhələsinə yüksəldi.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 986
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter