voicepress.az

SON DƏQİQƏ

Pxençxan-2018: Rusiya ilk qızıl medalını qazanıb

23-02-2018, 11:40

Cənubi Koreyanın Pxençxan şəhərindəki Qış Olimpiya Oyunlarında Rusiya ilk qızıl medalını qazanıb.
VOİCEPRESS.AZ
xəbər verir ki, qonşu ölkə buna fiqurlu konkisürmə növündə qadınların sərbəst proqramla çıxışında nail olub. Alina Zagitova 239,57 xalla olimpiya çempionu olub. Digər rusiyalı Yevgeniya Medvedeva gümüş medala yiyələnib. 18 yaşlı idmançı 238,26 xal yığıb. Bürünc medalı isə 231,02 xalla kanadalı Keytlin Osmond əldə edib. Zagitova Oyunların 3 ən gənc olimpiya çempionundan birinə çevrilib. O, 15 yaş 255 gününün tamamında fərqlənib. Bu, olimpiada tarixində ikinci belə göstəricidir. Rekord isə 1998-ci il Naqano olimpiadasında 15 yaş 255 günündə ikən qızıl medal qazanmış Tara Lipinskiyə (ABŞ) məxsusdur.

Bu gün fristayl növü üzrə qadınların kross yarışına da yekun vurulub. İlk 2 yeri kanadalı Kelsi Serva və Brittani Filan tutub. Bürünc medal isə isveçli Sandra Neslunda qismət olub.

Qeyd edək ki, bu nəticələrdən sonra 10 qızıl, 8 gümüş və 9 bürünc medala sahib olan Kanada 3-cü pillədə möhkəmlənib. İsveç 5 qızıl, 5 gümüş medalla 6-cı, Rusiya 1 qızıl, 5 gümüş və 8 bürünc medalla 15-ci pilləyə yüksəlib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 122
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter