voicepress.az

SON DƏQİQƏ

Sumqayıtda əlbəyaxa döyüş idman növləri üzrə klublararası çempionat keçirildi

24-12-2017, 20:18

VOİCEPRESS-in verdiyi xəbərə görə, Sumqayıt Olimpiya İdman Kompleksində "Dostluq Əlbəyaxa Döyüş Növləri İdman Klubu İctimai Birliyinin Sumqayıt Şəhəri şöbəsi klublararası açıq çempionat keçirilib. Çempionat əsasən Karate idman növünün müxtəlif növlərini əhatə etməklə yanaşı KATA və KUMİTE üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keşirilirdi.

Sumqayıt şəhərində təşkil edilən turnirində respublikanın müxtəlif bölgəsindən 20-dən artıq klubun tərkibində 300-dən çox 5-17 yaşlı uşaq, yeniyetmə və gənc idmançı iştirak edirdi.

Turnirin təntənəli açılış mərasimində dövlət himninin ardından şəhid idmançılarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. AMKF prezidenti Yaşar Bəşirov, Milli Məclisin deputatı, ASRP sədri Xanhüseyn Kazımlı, Azərbaycanda SKİF-in Sumqayıt şəhər filialının nümayəndəsi Mehman Əlirzayev, Ninjutsu Fəlsəfə Akademiyasının prezidenti Əhməd Agakişiyev və digərləri çıxış edərək, bu cür turnirlərinin gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün əhəmiyyətindən danışıblar.


Ninjutsu Fəlsəfə Akademiyasının prezidenti Əhməd Ağakişiyev idmançıları salamlayaraq, onlara uğurlar arzuladı. Fürsətdən istifadə edərək, akademiya rəhbəri Milli Məclisin 25 illik deputatı, ASRP sədri, UNEC-in professoru cənab Xanhüseyn Kazımlını bu günlərdə 75 yaşının tamam olmasından dolayı akademiya adından fəxri diplomla təltif etdi.

Millət vəkili Xanhüseyn Kazımlı çıxış edərək, öz növbəsində uşaqlarda bu cür idmana həvəsi gördükcə qürur hissi keçirdiyini bildirdi: " Bu gün bu uşaqlardakı həvəsi və istedadı gördükcə fəxarət hissi duyuram. Amma bütün bu qayğı və idman sahəsində əldə etdiyimiz uğurlar Ulu Öndər Heydər Əliyevin böyük ideyasının bəhrəsidir. Bu gün idmanda bütün maneələri biz cənab prezident İlham Əliyevin böyük siyasəti layiqli şəkildə davam etdirdiyinə görə qətt edə bililirk. Fürsətdən istifadə edib, bu gün Cənab Prezidentin doğum günüdür. Onu da ürəkdən təbrik edirəm! Bizim İlham Əliyev kimi prezidentimiz sağ olduqca, bizlər varıq deməkdir! bizlərin gələcəyi vardır deməkdir! Gəncliyi çiçəklənən Azərbaycan gözləyir deməkdir!"

Daha sonra natiqlər dövlətimiz vətən uğrunda şəhid olan igid döyüşçülərimizi yad edərək, həyatda olan layiqli idmançılarımızdan bəhs ediblər.

Rəsmi hissədən sonra xüsusi təyinatlılar qismində yeniyetmələrin, eləcə də azyaşlı idmançıların hərbi əlbəyaxa döyüş və nümunəvi çıxışları olub. Sonra yarış digər çəkilərdə mübarizə ilə davam edib. Mükafatçılara medal və diplomlar təqdim edilib. Təşkilatçılar bu cür turnirlərin mütəmadi xarakter almasının gənc nəsilə stimul verməklə, onlarda idmana həvəs yaratdığına qərar veriblər.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 278
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter