voicepress.az

SON DƏQİQƏ

Avropada DÇ-2018-in pley-off mərhələsinin ilk oyunları başlayır

9-11-2017, 09:54

Bu gün Avropa zonasında 2018-ci il dünya çempionatının (DÇ) pley-off mərhələsinin ilk oyunları start götürəcək.

VOİCEPRESS
xəbər verir ki, matçlar 3 günü əhatə edəcək.

Seçmə qrupda ikinci yeri tutan 8 kollektiv - İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya 4 vəsiqə uğrunda mübarizə aparacaqlar.
Püşkə əsasən, Şimali İrlandiya İsveçrəyə, Xorvatiya isə Yunanıstana rəqib olub. Həmçinin mundiala vəsiqə uğrunda İsveç - İtaliya və Danimarka - İrlandiya duelləri olacaq.

Daha əvvəl ev sahibi Rusiya ilə yanaşı, Avropadan Fransa, Portuqaliya, Belçika, Almaniya, Serbiya, Polşa, İngiltərə, İslandiya və İspaniya dünya çempionatının final mərhələsinə yüksəlib.

Asiyadan İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanının, Afrikadan isə Nigeriya ilə Misirin dünya çempionatında iştirakı dəqiqləşib.

Həmçinin, Cənubi Amerikadan Braziliya, Uruqvay, Argentina, Kolumbiya, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən Meksika, Kosta-Rika, o cümlədən Panama mundiala vəsiqəni təmin edib. Honduras isə "pley-off"da Asiya zonasında çıxış edən Avstraliya ilə qarşılaşacaq.

Peru millisi "pley-off"da Okeaniya zonasını təmsil edən Yeni Zelandiya ilə qarşılaşacaq. Digər 3 vəsiqəyə isə Afrika zonasında qrup qalibi olacaq kollektivlər sahib çıxacaqlar.

DÇ-2018 Avropa zonası, pley-off mərhələsi

9 noyabr
23:45. Şimali İrlandiya - İsveçrə
23:45. Xorvatiya - Yunanıstan

10 noyabr
23:45. İsveç - İtaliya

11 noyabr
23:45. Danimarka - İrlandiya

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 087
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter