voicepress.az

SON DƏQİQƏ

UEFA nümayəndələri “Qarabağ”a görə gəlirlər - Olimpiya stadionunu yoxlayacaqlar

30-08-2017, 14:30

UEFA "Qarabağ"ın Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək istəyi ilə əlaqədar bu idman arenasında yoxlama aparacaq.

VOİCEPRESS
qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun müraciətinə cavab olaraq, qitənin ali futbol qurumu yaxın günlərdə Bakıya öz nümayəndələrini göndərəcək. Onlar BOS-un Çempionlar Liqasının qrup matçlarını qəbul edib-etməməyə nə dərəcədə hazır olduğunu yoxlayacaqlar. Məhz bundan sonra UEFA "Qarabağ"ın müraciəti ilə bağlı qərar verəcək.

Qeyd edək ki, konkret bu məsələyə görə UEFA nümayəndələrinin Bakıya səfərinin vaxtı hələ bilinmir. Amma sentyabrın 11-də qitənin ali futbol qurumunun başqa ekspertlərinin "Avro-2020"nin final mərhələsi ilə əlaqədar Azərbaycana əvvəlcədən nəzərdə tutulan səfəri olacaq. Səfər zamanı onlar Olimpiya Stadionu ilə növbəti dəfə tanış olacaq, özlərinin təklif və tövsiyərini bildirəcəklər. İstisna deyil ki, məhz elə həmin nümayəndələr BOS-un ÇL-in oyununu qəbul etməyə hazır olub-olmaması ilə bağlı UEFA-ya rəylərini bildirsinlər.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" Bakıda ilk oyunu sentyabrın 27-da "Roma"ya qarşı keçirəcək. Ağdam klubu bu matç da daxil olmaqla rəqiblərini Olimpiya Stadionunda qəbul etmək üçün UEFA-ya müraciət edib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 922
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter