voicepress.az

SON DƏQİQƏ

Avropa Liqası və Çempionlar Liqasının finalı eyni həftədə olacaq

5-04-2017, 08:05

2018 - 2021-ci illərdə Avropa Liqasının final matçı Çempionlar Liqasının həlledici görüşü ilə eyni həftədə keçiriləcək. VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar verib. Belə qərar hər iki qarşılaşmanın ölkədaxili yarışlar başa çatdıqdan sonra oynanılması məqsədilə qəbul olunub. 2018-2019 mövsümündən etibarən Avropa Liqasının finalı çərşənbə günü, 2019-cu il mayın 29-da baş tutacaq. İki turnirin həlledici qarşılaşması isə indiki kimi, müxtəlif şəhərlərdə olacaq. Həm Çempionlar Liqası, həm də Avropa Liqasının final matçına Bakı Olimpiya Stadionunun namizədliyi irəli sürülüb. Qaliblərin adları bu ilin sentyabrında açıqlanacaq.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı iyunun 3-də Uelsin paytaxtı Kardiffdə, Avropa Liqasının həlledici görüşü mayın 24-də İsveçin Solna şəhərində keçiriləcək. Gələn mövsüm isə oyunlar müvafiq olaraq, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə və mayın 10-da Fransanın Lion şəhərində olacaq.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 254
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter