voicepress.az

SON DƏQİQƏ

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi məhkəməyə müraciət edib:

3-01-2017, 11:37

Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Mustafa Dənizli məhkəməyə müraciət edib.

VOİCEPRESS report-a istinadən xəbər verir ki, buna səbəb 67 yaşlı baş məşqçinin keçmiş arvadının ailəsi tərəfindən təzyiqlərə məruz qalmasıdır.
Cütlük sentyabrda ayrıldıqdan sonra Evin Elçinin qardaşı və atası M.Dənizlinin evinə gəliblər. Qardaşı Dənizlidən bacısından boşanmaq üçün 5 milyon lirə tələb edib: "Evimə gəlib məni təhdid etdilər. "Səni başından vurarıq. Təkcə səni yox, bütün nəslini öldürərik", - dedilər. Yaşadığım hadisələrdən sonra psixologiyam pozulub. Hiss etdiyim qorxunu ifadə etmək mümkün deyil. Hadisədən sonra ürəyim getdi. Ölümlə üz-üzə gəldim. Həmin şəxslərin cəzalandırılmasını istəyirəm".
M.Dənizlinin şikayətindən sonra hadisə ilə bağlı araşdırma başlanılıb. Mustafa Dənizli və Evin Elçi 6 il birgə yaşayıblar.
Qeyd edək ki, türkiyəli mütəxəssis 2013-cü ilin noyabrında "Xəzər Lənkəran"da işləməyə başlayıb. Lakin həmin mövsümün sonunda Dənizli ilə yollar ayrılıb.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 461
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter