voicepress.az

SON DƏQİQƏ

Bir ömrün çətin və şərəfli tarixçəsi: “ Millət vəkilinin 75 yaşı tamam olur”

2-10-2017, 10:33

İqtisad Universittetinin professoru, “Qiymət və Qiymətləndirmə” kafedrasının müdiri, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosasiyası İdarə Heyətinin sədri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, İtki və Təlafatlar Komissiyasının sədri, Azərbaycan-Macarıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü, İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı bu günə kimi qətt etdiyi keçməkeşli tarixi yolda özünə şərəfli yer tutan böyük simalardan biridir.

Vətənini, xalqını, millətini özündən çox sevən, əsgərini öz övladlarından belə əziz tutan, bayramları, soyuq qış günlərini ailəsi ilə yox, qar dolu səngərdə duran əsgərlərimizlə bərabər keçirməyi üstün tutan Xanhüseyn Kazımlı axı kimdir?
- Bu sual bəlkə də, ziyalılıq, millətçilik və xalqsevərlik anlamlarının dərinlik mərtəbəsinə ensək ilk sualımız olardı...

Amma bu sual elə bu axarda da, cavab tələb edər haqqıyla: Xanhüseyn Hüseynağa oğlu Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur.

Böyük Vətən Müharibəsi zamanı dünyaya göz açan Xanhüseyn Kazımlı, elə atasını da, həmən müharibədə qurban verir. Ruhu əzəlliklə yoğrularaq, gəlişi ilə taleyin keçməkeşli həyatına doğulan insan, öz alın təriylə, həyatın çox ağır mücadiləsiylə, bəzən savaşaraq, bəzən usanmaq, yorulmaq bilmədən, gününü gün edən əzmkar insandır Xanhüseyn Kazımlı.

“Dinlənmək” və “sonra” sözlükləri yoxdur onun leksikonunda. O çalışmaq üçün, millətinə xidmət üçün, Vətəninin keşiyində dayanmaq üçün doğulub sanki.

Bu gün Xanhüseyn Kazımlı Azərbaycan xalqının şərəfli nümayəndəsi və millətinin vəkilidir. Xanhüseyn Kazımlı bu gün 75 yaşını qeyd edən həm də sözün əsl mənasında Azərbaycan Əsgəridir. Daima könüllü Vətənə xidmət üçün çırpınan bir ürəyə sahibdir o. Bu gün əbəs yerə Xanhüseyn Kazımlını “əsgərlərin dostu” adlandırmırlar.

Allaha inancı və namazı ilə, əlinin zəhməti və çörəyi ilə bu gün də, müqəddəs amala xidmət edən şərəfli yolun yolçusudur Xanhüseyn Kazımlı.

Onun üçün dürüstlük, əxlaqi keyfiyyətlər və zəka bir insanın şəxsiyyət vəsiqəsidir... Elmli olmaq, oxumaq qiymət verdiyi ən böyük keyfiyyətlərdir. Yardım etmək, kiməsə əl tutmaq Xanhüseyn Kazımlının həyatla, haqsızlıqla mücadilə silahıdır sanki...

Bu isə Xanhüseyn Kazımlının nə qədər böyük mənəviyyata sahib olduğunun göstəricisi olsun gərək. Böyük mənəviyyata sahib olan kəs isə böyük ruha və Vətən, xalq, millət eşqi ilə alışıb-yanan böyük qəlbə və ruha sahibdir deyiblər. Məhz elə ona görə də, bu gün Xanhüseyn Kazımlı tarixdə izi və sözü olan millət vəkillərimizdən hesab edilir.

“İş insanın cövhəridir” və “ Bu günün işini sabaha qoyma” atalar məsəli onun iş prinsipini gözəl əks etdirir. Çünki dilinin əzbəridir bu iki deyim...

Bir millət vəkilinin özəl və xalqa xeyirli keyfiyyətlərindən danışmaq istədik bu gün. Danışmaq istədik ki, parlamentdə, iş başında, ciddi iş prosesində gördüyümüz insanların da, qəlbinin olduğunu unutmayaq!

Həyatının 75 yaşında hələ də, iş başında usanmadan çalışan Vətən oğlunun ruhundakı Azərbaycançılıq və əzmlə çalışmaq eşqinin səssizcə yazdığı kitablarda öz əksini tapdığını görə bilək!

Görə bilək ki, insanlara sağlığında qiymət verməyi bacaraq!



Ü. Musazadə



VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 002
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter