voicepress.az

SON DƏQİQƏ

Ramiz Mehdiyev AMEA prezidenti oldu - SƏRƏNCAM

24-10-2019, 00:30


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib. İclasın məqsədi istefa verən AMEA prezidenti Akif Əlizadənin yerinə yeni namizədin seçilməsi olub.


VOİCEPRESS xəbər verir ki, ümumi səsverməyə əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçilib.


Prezident İlham Əliyev isə Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.


Qeyd edək ki, ötən gün AMEA-nın keçmiş prezidenti, 85 yaşlı Akif Əlizadə ölkə başçısının pensiya yaşına çatmış məmurlara çağırışını nəzərə alaraq, istefa verib.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 231
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter