voicepress.az

SON DƏQİQƏ

Azərbaycan qonşuluq siyasətindən danışır- İran Qarabağda Mədəniyyət mərkəzi açır….

26-10-2019, 08:00


Azərbaycanla İran əlaqələri günü gündən inkişaf etməkdədir. Xüsusən də hər iki ölkənin səlahiyyətli səfirləri mətbuata açıqlamalarında iki ölkə arasında siyasi və diplomatik müasibətlər çox yaxşıdır, deyə cavab verməsi, bir qədər reallığa əsaslanmayan şablon fikirlərdir.

Bəli, Azərbaycan dövləti bərabərhüquqlu qonşuluq siyasəti yürüdür və bu çox yaxşı haldır. Azərbaycanla İran arasında energetika, nəqliyyat, iqtisadiyyat və turizm sahəsində sazişlər imzalanıb. Bu əlaqələr sözsüz ki, inkişaf etdirilir. Hətta Azərbaycan prezidenti Cənab İlham Əliyev 2018 ci ildə İranla Azərbaycan arasında imzalanan sazişləri “tarixi əhəmiyyətli” belə adlandırmışdı.

Hələ ötən ilin martında məlum olmuşdu ki, İran Azərbaycana 3.1 mild həcmində investisiya yatırıb. Digər tərəfdən rəsmi statistikaya görə, 2016-ci ildə Azərbaycanın ticarət dövriyyəsinin ümumi həcmi 18 mlrd. dollara yaxın olub. Bunun çoxu Rusiya, Çin, Türkiyə, Böyük Britaniya və İranın payına düşüb. Bu gün hətta İran Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi kimi olduqca əhəmiyyətli iqtisadi əməkdaşlıqlar da başladılıb.

Azərbaycan İranla ticarət həcmlərini artırmaq üçün irimiqyaslı layihələri inkişaf etdirməkdədir. İrimiqyaslı layihələr arasında xüsusən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsini vurğulamaq olar. Layihənin önəmli hissəsini Astara-Rəşt dəmir yolu təşkil edir. Bu isə birmənalı olaraq, bütünlükdə Avrasiya regionu üçün yeni imkanlar deməkdir. Layihənin Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacağı hesablanıb. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

Söz yox ki, İran strateji və itisadi baxımdan çox prespektivli müttəfiqdir. Ama məsələdə elə burasındadır, müttəfiqdirmi? Məlum məsələdir ki, Azərbaycan İran əlaqələri inkişaf etməsinə baxmayaraq, bu günə qədər İran işğalçı Ermənistanla əməkdaşlığı davam etdirir. Hətta 30 ilə yaxın erməni işğalı altında olan Dağlıq Qarabağ ərazisində mədəniyyət mərkəzləri belə açır.

Bu məsələyə diqqətinizi çəkmək istərdim. Bu yaxınlarda Şuşa məsçidini işğalçı Ermənistan restavrasiya edərək, orada İran Ermənistan Mədəniyyət Mərkəzinin açılışını edib. Açılışda 60 saniyədə Ermənistanı anladan film nümayiş olunub. 60 saniyəlik film başdan ayağa kimi Dağlıq Qarabağ və ətraf rayonların necə turist qəbul etdiklərinin tanıtımından ibarət olub.

Məsələ ilə bağlı bir çox millət vəkillərinə müraciət etdim, Xarici İşlər Nazirliyi tərəfindən İrana hər hansısa bir etiraz bildirildimi bu məsələ ilə bağlı? Və ya hansısa millət vəkili bu məslədən niyə yazmadı axı? Siyasi komitə ölkə içində baş verən sosial problemlərə deyil, müharibə şəraitində yaşayan bir ölkə olaraq, haqqları həm qonşu dövlətlər tərəfindən, həm də dünya birliyi tərəfindən tapdanan bir ölkənin millət vəkili olaraq, belə tendensiyalara laqeyid qalmaları qəbul edilməzdir.

Cavab olaraq, bir çox millət vəkilləri dedi ki, İranla bizim aramızda önəmli iqtisadi layihələr var, hər hansısa bir neqativ fikir o layihələrə zərər gətirə bilər. O üzdən güya təmkinli davranırlar.

Kökündən yanlış bir yanaşmadır. Birincisi bir millət vəkili dövlətin diplomatıdır, simasıdır, açıq şəkildə dövlətin ehtiyat etdiyi ehtimalları ortaya qoymamalıdır. İkincisi Azərbaycanın kifayət qədər mühüm beynəlxalq və strateji layihələri var. Azərbaycan iqtisadiyyatı bu gün İranla mövcud iqtisadi əhəmiyyətli layihələrdən asılı deyil.

Belə olan halda üzümüzü dönüb Türkiyəyə baxmaq gərəkir. ABŞ və Türkiyə iqtisadi baxımdan ən böyük partnyordur. Sizcə Türkiyə bunun fərqində deyil? Ama yeri gələndə Türkiyə risqə belə gedərək, öz siyasi mövqeyini də ortaya qoymağı bacarır. Çünkü müstəqil bir dövlətdir, öz siyasi mövqeyini müdafiə edə biləcək siyasi çəkiyə və gücə malikdir. Digər tərəfdən hazırda ABŞ-Türkiyə münasibətlərinin birdəfəlik sonlanacağına inanır. ABŞ-Türkiyə münasibətlərinin hər zaman aktuallığını qoruyacağından Türkiyə əmindir.

İranla iqtisadi layihələr məgər Azərbaycanın siyasi baxımdan İrana qarşı istənilən bir məslə ilə bağlı irad bildirməməsindənmi asılıdır? Məgər bu əməkdaşlıq belə şərt üzrənəmi davam etdirilir?


Millət vəkillərinin məsələ ilə bağlı verdiyi bir başqa cavab, “İran hər zaman Ermənistanı açıq şəkildə müdafiə edib”. Hər zaman edibsə, bunu davam etdirməlidir anlamınamı gəlir? Axı Ermənistanın siyasi və iqtisadi blokadaya salmaqdan danışırsınız? Belə iqtisadi və siyasi blokadamı olur?
Maraqlı bir məqam da odur ki, Azərbaycanın yürütdüyü bərabərhüquqlu qonşuluq siyasətinin əsas mahiyyəti nədir? Ümumiyyətlə Azərbaycanın işğal altında olan ərazisində mədəniyyət mərkəzi açan bir dövlətlə hansı qonşuluq siyasətindən danışmaq olar?

Azərbaycan qonşuluq siyasətindən danışır- İran Qarabağda mədəniyyət mərkəzi acır….Marqlı qarşıdurmadır. İndi bunun üzərindən bizim rəsmi şəxslər kimi İran Azərbaycan arasında siyasi və diplomatik əlaqələr günü gündən inkişaf edir desəm, kim inanar buna?

Siyasət sehirbazlıq etmək deyil. Qonşuluq siyasəti pərdəsi altında “abra-kadabra” dediyimizdə Qarabağda mədəniyyət mərkəzi açan qonşu dövlət İranın yerinə nə Türkiyə, nə də Pakistan çıxmayacaq…

Unutmamalıyıq ki, önəmli iqtisadi layihələr İran üçün də eyni önəmi daşıyır. Müstəqil dövlətlər dövlətin ərazi bütövlüyü uğrunda bəzən risq almağı da bacarmalıdır!













Ülkər Fərmanqızı
Eksklüziv olaraq VOİCEPRESS-in "Açıq danışaq" silsile rubrikası ile


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 343
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter