voicepress.az

SON DƏQİQƏ

Aydın Quliyev: “…. dövlət xadimləri istefaya gedəndən sonra topladığını sadəcə ailə üzvləri ilə yeyib-içib yaşamağa sərf etmir…”

25-10-2019, 21:00


VOİCEPRESS Bakı Xəbər Qəzetinin baş redaktoru, politoloq Aydın Quliyevin Azərbaycanda aparılan kadr islahatları ilə bağlı fikirlərini xəbər alıb. Onun sözlərinə görə, uzun zamandır kürsü başında olan ziyalılarımız istefadan sonra da, topladıqları vəsaiti xeyriyyə işlərinə və ya dövlət quruculuğuna sərf etməsi daha məqsədə uyğun hesab olunardı…

Bu marağlı şərhi təqdim edirik:

“İndiyə kimi Azərbaycanda həmişə hakim komandada yaşlılar çox üstün ,gənclər çox az mövqe tutublar.Bu hələ sovet dövründən qalmış ziyanlı bir iş üsulu idi.Təəssüf ki ,müstəqillik dövrünün ilk illərinə qədər bu vəziyyət davam edirdi.Sonra müəyyən islahatlarla gənclərə yer verilsə də əsasən yaşlıların üstünlük təşkil etməsi son illərə qədər davam edirdi.Bu ziyanlı üsuldu,çünki gənc dövlət məmurlarının yetişməsinə mane olurdu.

Əslində gərək yaşlı məmurlar hələ prezidentin çağırışına qədər bu addımı ataydılar.O zaman daha hörmtli olardılar. Odur ki prezidentin onlara istefa çağırışından gərək inciməsinlər. Prezident bəzilərinə yeni iş verdi, bəziləri tam sərbəst buraxıldılar.Bu sərbəst buraxılanlar yaxşı olar ki, öz şəxsi vəsaitləri hesabına dövlətimizin bundan sonrakı quruculuq işlərində necə iştirak edəcəkləri barədə fərdi fəaliyyət proqramı təqdim etsinlər. Əlbəttə onların bunu edib-etməyəcəkləri haqda bir fikir söyləyə bilmərəm.

Təbii ki, dövlət adından kimsə onları buna vadar etməyəcək. Onlar özlərinin cəmiyyət qarşısında məsuliyyət hissinin tələbi ilə bu addımı ata bilərlər. Biz bu addımı hörmətli Hacıbala Abutalıbovdan, Əli Həsənovdan, Novruz Məmmıdovdan və s. gözləyirik. Dünyanın müasir ölkələrində belə təcrübə var. Məsələn Amerikada dövlət xadimləri istefaya gedəndən sonra topladığını sadəcə ailə üzvləri ilə yeyib-içib yaşamağa sərf etmirlər,əksinə ,hansısa bir şəxsi fond,ya təcrübə məktəbi yaradaraq xeyriyyəçilik əsaslarında cəmiyyətə və dövlətə fayda verirlər. Görək, bizimkilər nə göstərəcək...”






Ülkər Fərmanqızı
VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 336
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter