voicepress.az

SON DƏQİQƏ

Açıq danışaq: Bir yaş böyümək bəzi rəsmilərə düşərli olmadı...

25-10-2019, 09:00


Azərbaycanda kadr islahatları aparılır. Əslində bütün yüksək postların yaşlı insanlar tərəfindən zəbt edildiyini nəzərə alsaq, burada kadr islahatları yox, köklü kadr islahatları aparılmalıdır. Bu günlərdə bir Türk qardaşımız Azərbaycana səfər edip gəldikdən sonra öz təəsüratlarını bizlərlə paylaşdı. Deyir: “Azərbaycan reformator bir ölkədir. Ölkədə hər şey yeni və modern üslubda tikilib. Amma Azərbaycanın bütün şəhərləri modern olduğu qədər də, qədimi abu havaya olduqca hörmətli bir yanaşma nümayiş etdirir”.

Yəni deməyim odur ki, Azərbaycanı görən turistlər onu sürətli inkişaf tempinə görə, reformator bir ölkə kimi qələmə verir, elə tanıdırlar. Amma gəlin əyri oturub düz danışaq. Azərbaycan infrastruktur baxımından reformalar aparmağa iddialı görünsə də, daxili siyasi məkanda bir qədər konservatorluq nümayiş etdirir.

Bəli, kadr islahatları aparılır. Amma vəzifədən gedən şəxslərin yerinə o sahədə yenilik edə biləcək, sayələrində inkişaf tempini müşahidə etmək olacaq kadrları əfsuslar olsun ki, görə bilmirik. Bu isə onu sübut edir ki, biz kadr islahatlarını köklü olaraq dəyişmək və bu dəyişimi də, Azərbaycanın sürətlə inkişaf edən infrastruktiv dəyişimi ilə uzlaşmasını istəmirik.

Məsələn, Azərbaycanın baş nazir postunu illərdir Artur Rəsizadə tuturdu. Onun istefasından sonra, bu vəzifə Novruz Məmmədova həvalə olundu. Novruz Məmmədovun istefasından sonra bu vəzifəyə yeni baş nazir Əli Əsədov təyin olunur.

Razılaşaq ki, hər üç şəxs illərdir Azərbaycana xidmət etmiş şəxslərdir. Onların bu yolda böyük əməyi danılmazdır. Ama heç biri Azərbayacanın daxili siyasi inkişafı üçün gərəkən qərarları almaq iqtidarında deyil. Bu da, o deməkdir ki, bu gözlə görülən kadr islahatları, əslində inkişaf üçün hesablanmayıb. Axı, kadr islahatları bir qədər də, inkişafa xidmət etməlidir.

Bu tendensiyanı biz Azərbaycanın Təhsil Nazirliyində də gördük. Təhsil naziri postunu tutan Mikayıl Cabbarovun məlum təyinatından sonra, bu post onun müavini Ceyhun Bayramova həvalə edildi. Bu isə Təhsil sahəsində bir dəyişikliyin olmayacağının əyani sübutu idi. Ceyhun Bayramov vaxtıilə Mikayıl Cabarrovun rəhbərliyi ilə çəkilən təhsil sınırları çərçivəsindən kənara çıxmamaq şərti ilə o postu icra deyil, sadəcə doldurmaq missiyasını həyata keçirir. Beləliklə təhsil sahəsindən inkişaf gözləmək hardasa minimuma enir.

Eyni tempi biz rayonlara təyin olunan İcra başçıları arasında da görürük. Bir şəhərdən alınan icra başçısı digər bir şəhərə təyin olunur. Əslində gözəl mexanizmdir. Bu tendensiya Türkiyədə şəhərlər arasında fəaliyyət göstərən polislər üçün keçərlidir. Bu birmənalı olaraq, bir polisin şəhəri mənimsəməsinə, çalışdıqca doğmalaşan insanların yalnışlarını vəzifə səlahiyyətlərini aşaraq, gözardı etməməsinə xidmət edir.

Ama bu gözəl mexanizm belə tez tez dəyişiklərə məruz qalmalıdır. Çünki, insan ən gözəl mexanizmin belə sərfəli və öz maraqları çərçivəsində dəyişmə şüuruna malikdir. Yəni bizdəki icra başçılarının yer dəyişimi əslində o şəhərdə heç bir inkişafın olmayacağına dəlalət edir. Çünki istənilən A və ya B şəhərinin icra başçıları dəyişdirildiyi halda, ona lazım olan məqsədlərin həyata keçirilməsi üçün sadəcə aralarında müəyyən danışıqlar aparırlar və nəticə hesabıyla heç biri üçün bu dəyişikliyin əhəmiyyəti olmur. Bu isə hardasa 4-5 il qarşılıqlı anlaşma şəklində bir fəaliyyət mexanizminə çevrilir.

Marqlı tendensiyalardan biri də odur ki, 5 il bundan əvvəl 78 yaş və hətta daha yuxarı yaşda olan şəxslər Milli Məclisdə yenədə öz gənc rəqibləri üzərində qələbə qazandıqlarını iddia edərək, millət vəkili mandatına sahip ola bildilər. Bu beş il ərzində biz həmin yaşlı millət vəkillərinin heç biri tərəfindən Azərbaycan milləti və dövləti üçün gərəkli qərarlar vəya təkliflərlə çıxış etdiklərini belə görə bilmədik. Bundan sonra bir neçə dövlət strukturuna 70 yaşdan yuxarı insanlar gətirildi.

Bu tendensiyanı biz Azərbaycan Respublikasının Fövqəladə və Saləhiyyətli səfirləri arasında da görürük. Azərbaycanın Rusiyadakı səfiri, 74 yaşlı Polad Bülbüloğlu kimi bir sıra səfirlərimizin də, kadr islahatları programına daxil edilməsi gərəkir. Amma təyinat birmənalı olaraq, Rusiya vətəndaşı olan Azərbaycanlı Dilgəm Şahbazovun ekstradasiyasını həyata keçirərək, Rusiyada yaşayan iki milyonluq Azərbaycanlının hüquqlarını ən az Rusiyanın XİN sözcüsü Mariya Zaxarovanın ermənilərin hüquqlarını müdafiə etdiyi kimi müdafiə etməyi bacarmalıdır.

Ötən il kifayət qədər yüksək posta 70 yaşlı Hacıbala Abutalıbov gətirildi. Bu il 71 yaşı tamam olar olmaz yaşlı olması iddiası ilə istefaya göndərildi. Maraqlı tendensiya odur ki, Hacıbala Abutalibov bir yaş böyüməklə mi yaşlı kateqoriyasına keçid aldı? Digər bir maraqlı tendensiya odur ki, illərdir Azərbaycan Respublikasının Daxili İşlər naziri postunda xidmət edən Ramil Usubovun 71 yaşı olmasına baxmayaraq, təxminən bir neçə ay öncə daha yüksək bir vəzifəyə təyinat alaraq, Prezidentin Təhlükəsizlik Şurasının katibi təyin olunur. Görünən odur ki, 71 yaş Ramil Usubov üçün Hacıbala Abutalıbov üçün olduğu qədər qorxulu olmadı.

P.S
Kadr islahatları ilə bağlı belə bir yanaşmaya baxış nöqtəsi ilə bir sıra millət vəkillərinə üz tutduq. Əslində bizimlə mövcud vəziyyət qarşısında qismən razı olduqlarını etiraf etsələr də, təyinatların ölkə başçısı tərəfindən təyin olunduğunu nəzərə alaraq, “biz sadəcə yaxşıdır” deyə bilərik dedilər. Əslində bu da kökündən yalnışdır. Cənab Prezidentin altıya yaxın məsləhətçisi var. Cənab Prezidentin hər təyinatı demək olar ki, Milli Məclis deputatları tərəfindən səsə qoyularaq qəbul edilir.

Bu illər ərzində heç bir millət vəkilinin bir təyinatın əleyhinə səs verdiyini görmədiyim halda, demək ki, millət vəkilləri yuxarıda qeyd edilən şəkildə aparılan kadr ıslahatlarına cənab Prezidenti tərifləmək üçün yox, özlərinin bunun qarşısını almaq üçün heç bir şey etmədiklərini ört-bas etmiş olurlar…
Bütün məsuliyyəti Cənab Prezidentin çiyinlərinə yükləmək fəaliyyətdə olan məmurların yerdəyişmə qanunu ilə deyil, köklü olaraq istefaya göndərilməsi gərəkdiyinin baris sübutudur…





Ülker Fermanqızı
Eksklüziv olaraq VOİCEPRESS-in "Açıq danışaq" silsile rubrikası ile


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 366
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter