voicepress.az

SON DƏQİQƏ

Nəsib Məhəmməliyev: "Yəqin ki, bu sammitdən sonra, ermənilər belə bir yetişməmiş baş nazirləri olduğuna görə xəcalət hissi keçirirlər"

14-10-2019, 07:00

Nəsib Məhəmməliyev:  "Yəqin ki, bu sammitdən sonra, ermənilər belə bir yetişməmiş baş nazirləri olduğuna görə xəcalət hissi keçirirlər"



VOİCEPRESS-in verdiyi məlumata görə, millət vəkili Nəsib Məhəməliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən, MDB ölkələri başçılarının sammiti ilə bağlı fikir bildirib. Onun sözlərinə görə, əvvəlkilərdən fərqli olaraq bəzi tarixi həqiqətlərin açıqlanmasına səbəb oldu. Adətən bu tipli toplantılar, hər hansı bir gərginlik olmadan, hətta kəskin fikir ayrılığı olsa belə, qarşılıqlı hörmət şəraitində keçirilir: "Sədrlik edən MDB üzrə icraçı direktor Lebedev ilk sözü Azərbaycan prezidentinə verdi və cənab İlham Əliyev gündəliyə uyğun olaraq, Böyük vətən müharibəsində xalqımızın 600 mindən çox nümayəndəsinin cəbhəyə yollandığı, onlardan tam yarısının həlak olduğu,yüzdən yuxarı insanın Sovet İttifaqı qəhrəmanı, on minlərlə insanın müxtəlif orden və medallarla təltif olunması, Bakı neftinin, alimlərimizin rolu və s. barədə ətraflı məlumat verdi.

Məruzənin davamı olaraq, heç kimin gözləmədiyi halda, Rusiya XİN və Müdafiə nazirliklərinin ikinci dünya müharibəsi ilə bağlı hazırladıqları hesabatlara əsaslanaraq, tarixi faktlarla, iki il bundan öncə Ermənistanın əvvəlki rəhbərliyinin, Hitlerin silahdaşı faşist generalı Qaregin Njdeyə ucaldılan heykəli barədə danışdı. Prezident haqlı olaraq faşizmin qəddar cəlladlarının, qəhrəmanlaşdırılmasının, olduqca ziyanlı olduğunu və xalqa qarşı təhqir hesab olunduğunu bildirdi və Ermənistanın yeni hakimiyyəti tərəfindən, heykəlin sökülməsi ilə əlaqədar heç bir tədbirin görülmədiyini dövlət başçılarının nəzərinə çatdırdı.

Diqqət çəkən məqamlardan biri də, küçədən hakimiyyətə gəlmiş, Nikol Paşinyanın acınacaqlı görüntüsü idi. Hiss olunurdu ki, Azərbaycan prezidentinin gözlənilməz çıxışı onu şoka salmışdı.

Kadrlardan göründüyü kimi, əvvəldən də rus dilində çox kobud danışan baş nazir, Njde kimi "qəhrəmanının" cinayətlərini belə bir səviyyədə açıqlanmasından sonra, çıxış üçün ona söz veriləndə hiss olunurdu ki, həyəcanın təsirindən İlham Əliyevin dediklərini tam həzm edə bilməyib. Ona görə də rabitəsiz, absurd fikirlər səsləndirməklə, özünün o tərkibdə necə təsadüfi bir adam olduğunu sübut etmiş oldu.

Onun çıxışından sonra Prezident İlham Əliyev təkrar söz alaraq ,baş nazirin, onun çıxışının mahiyyətini başa düşmədiyini, ermənilərin o ləkənin üzərlərindən götürməli olduqlarını bir daha bildirdi. Yəqin ki, bu sammitdən sonra, ermənilər belə bir yetişməmiş baş nazirləri olduğuna görə xəcalət hissi keçirirlər. Hiss olunur ki, Ter Petrosyandan sonra onlarda ciddi kadr problemi yaşanır. Əks halda, bu səviyyədə cırlaşma olmazdı.

Paşinyan hakimiyyətə gələndən sonra kobud silsilə səhvlərə yol verdi. Hesab etdi ki, küçədə etdiyi həyasızlıqlar hakimiyyətdə də keçərlidir. Qarabağda beş altı separatçının qarşısındakı "nöqtədən" sonra cəzasız qalacaq. Həm Soçidə, həm də Aşqabadda İlham Əliyev mahir qrossmeyster kimi, onu öz silahı ilə vurdu. Hər kəs üçün bəllidir ki, məlum səbəblərdən ordunun gücü ilə torpaqların azad olunmasına mane olan qüvvələr var. Ancaq, gün gələcək,o qüvvələr də sammitdə olduğu kimi ermənilərin iç üzünü tam dərk edəcəklər. Qarabağ mütləq azad olacaq. Öz tərəfimdən prezident İlham Əliyevə, onsuz da çox xırda olan nikolu daha da kiçiltdiyinə görə təşəkkür edirəm.





Ü.Fərmanqızı
VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 258
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter