voicepress.az

SON DƏQİQƏ

Azərbaycanlı qazilər Ərdoğana müraciət edəcək – “Türk ordusunda döyüşmək istəyirik”

12-10-2019, 09:00


Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyat Azərbaycan cəmiyyətinin də maraqla qarşılanır və dəstəklənir. Xarici İşlər Nazirliyinin bəyanatında da Azərbaycanın "Sülh çeşməsi" hərəkatını dəstəklədiyi bildirilir.

Türkiyənin bundan əvvəl həyata keçirdiyi “Fərat Qalxanı” və “Zeyntun budağı” hərbi əməliyyatlarında olduğu kimi “Sülh çeşməsi” əməliyyatına da Azərbaycandan könüllü olaraq Türk ordusuna dəstək vermək istəyənlər var.

Bununla bağlı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, “Sülh çeşməsi” əməliyyatında könüllü döyüşmək istəyən azərbaycanlılarla bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edilb:


"Türkiyənin Suriyada keçirdiyi əməliyyatı Azərbaycan qaziləri, təqaüddə olan zabitlər, şəhid ailələri, gənclərimiz, QHT-lər və bütünlükdə Azərbaycan xalqı ürəkdən dəstəkləyir. Artıq 1000 nəfər Azərbaycan vətəndaşı “Sülh çeşməsi” əməliyyatında iştirak etmək üçün müraciət edib. Türkiyə Cümhuriyyətinin Ali Baş komandanı Rəcəb Tayyib Ərdoğana da rəsmi məktub göndərəcəyik. Xeyli sayda müraciətlər var, bu təbiidir, Türkiyə bizim qardaş ölkəmizdir. Suriyada çox lazımlı bir əməliyyat keçirilir. Suriya ərazilərində baş verənlər Türkiyə üçün təhlükə yaradır, belə olan halda türk ordusu daxil olub terrorçüları məhv etməlidir. Azərbaycan da hər zaman Türkiyənin yanında, Türkiyə də Azərbaycanın yanında olub. Necə ki, zamanında Nuru Paşa komandanlığında Osmanlı ordusu Bakını xilas etdi, azərbaycanlılar Çanaqqala savaşında iştirak etdilər. İndi də biz bu yolu davam etdirmək istəyirik. “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatları zamanı da iştirak etmək üçün müraciət etdik, ancaq Türkiyə tərəfi bizə təşəkkür edərək, hələlik dəstəyə ehtiyac olmadığını bildirdi. Azərbaycanlı qazilər, şəhid ailələri əməliyyatlar zamanı şəhid olanların ailərinə, qazilərə dəstək vermək üçün Türkiyəyə getdi. Yenə də türkiyəli qardaşlarımıza dəstək verəcəyik. Eyni addımı 2016-cı ildə Aprel döyüşləri zamanı türkiyəli qazilər, ehtiyatda olan hərbçilər, şəhid ailələri də atmışdı”.


E.Həsənli həmçinin bildirib ki, 12 oktyabr 2019-cu il tarixində saat 14:30-da şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilləri, ehtiyatda olan zabitlər, ziyalılar, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri, media mənsubları, eləcə də gənclərin birgə iştirakı ilə qardaş Türkiyən in başlatdığı “Sülh çeşməsi” Hərəkatına dəstək vermək məqsədi ilə Şəhidlər xiyabanı və Türkiyə Şəhidliyi ziyarət olunacaq.

“Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında geniş tədbirlə qardaş Türkiyə Respublikasına dəstək ifadə olunacaq”, - deyə E.Həsənli bildirib.






VOICEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 191
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter