voicepress.az

SON DƏQİQƏ

Deputatlarımız Londona gedir

10-10-2019, 20:57


Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 65-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 10-da Böyük Britaniyanın paytaxtı Londona yola düşəcəklər.

Bu barədə VOICEPRESS-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, illik sessiya çərçivəsində əvvəlcə NATO PA-nın komitə iclasları keçiriləcək. Komitə iclaslarında müxtəlif mövzuları əhatə edən 15 hesabat və 7 qətnamə layihəsi müzakirə ediləcək. İllik sessiya çərçivəsində həmçinin son dövrdə görülən işlər, növbəti il üçün fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılacaq, maliyyə sənədləri təqdim olunacaq, NATO dəyərlərinin qorunması, NATO prinsiplərinə sadiqlik əsas müzakirə mövzuları olacaq.

Nümayəndə heyətimizin üzvləri tədbirlərdə müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 15-də başa çatacaq.




VOICEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 161
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter