voicepress.az

SON DƏQİQƏ

Azərbaycan və İran arasında əməkdaşlıq müzakirə olunub

9-10-2019, 17:30


"Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələr daim inkişaf edir, eyni zamanda əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi diqqətdə saxlanılır".

VOİCEPRESS xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tehranda İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşündə vurğulanıb. Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin və qarşılıqlı rəsmi səfərlərinin Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etməsinə səbəb olduğu vurğulanıb. Azərbaycan və İran Prezidentləri arasında son 5 ildə 12 görüş keçirildiyi, demək olar ki, hər il qarşılıqlı səfərlər etdikləri bildirilib. Ölkələrimizin ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığının inkişafından bəhs olunub. Bu sahədə müsbət göstəricilərdən biri olaraq, 2018-ci ildə iki ölkə arasında ticarət döviyyəsinin 74 faiz artdığı qeyd edilib.

Eyni zamanda, investisiya əməkdaşlığının genişləndiyi, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın əlaqələrin inkişafında uğurlu fəaliyyəti vurğulanıb. Komissiyanın aidiyyəti istiqamətlərdə iki ölkənin qarşılıqlı faydalı əlaqələrinin genişlənməsi üçün apardığı mühüm işlər qeyd edilib, çoxsaylı əməkdaşlıq sənədlərinin imzalandığı vurğulanıb.

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nailiyyətləri, sosial sahədə aparılan geniş miqyaslı islahatlar diqqətə çatdırılıb. Sosial islahatlar prosesində ayrı-ayrı ölkələrlə, həmçinin İranla fəal təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsinə önəmli töhfələr verəcəyi vurğulanıb.

Görüşdə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə, habelə əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.





VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 110
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter