voicepress.az

SON DƏQİQƏ

Oqtay Əsədov Azərbaycan-Gürcüstan əməkdaşlığını müzakirə etdi

9-10-2019, 19:30


Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Gürcüstanın baş naziri Giorgi Qaxariyanı qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, spiker qonağın baş nazir qismində Azərbaycana ilk rəsmi səfərini yüksək dəyərləndirib.

O bildirib ki, səfər çərçivəsində keçirilən görüşlər əlaqələrin və ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Görüşdə qeyd olunub ki, hər iki xalq həmişə bir-birinin yanında olub, bir-birini dəstəkləyib, dövlətlər strateji tərəfdaş və müttəfiqdirlər. Dövlət başçılarının müxtəlif vaxtlarda həyata keçirdiyi qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar çoxtərəfli əməkdaşlığın daha da dərinləşməsinə öz təsirini göstərib.

Bu gün Azərbaycanla Gürcüstan arasında 100-dən çox dövlətlərarası və hökumətlərarası sənədlər imzalanıb. İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Ötən il ölkələr arasında ticarət dövriyyəsi 580 milyon ABŞ dolları həcmində olub. Cari ilin 9 ayında bu göstərici 440 milyon təşkil edib. Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırımlar edən ən iri investorlardan biridir.

Bu gün hər iki ölkə Avropanın enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi meqalayihələr, Bakı-Tbilisi-Qars dəmiryolu xətti bunun əyani sübutudur.

Spiker qeyd edib ki, parlamentlər arasında yüksək səviyyəli səfərlər qanunverici orqanları bir-birinə daha da yaxınlaşdırır. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Deputatlar beynəlxalq parlament qurumları çərçivəsində bir sıra məsələlərdə ortaq mövqedən çıxış edirlər. Regional müstəvidə Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli formatda əməkdaşlıq bölgədə sülhün və hərtərəfli inkişafın əsas dəstəkləyici faktorlarından biridir.

Spiker hər iki ölkənin müstəqillik illərində oxşar problemlərlə üzləşdiyinə diqqət çəkərək regiondakı münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyini vurğulayıb.

Gürcüstanın baş naziri Giorgi Qaxariya ölkəsinin baş naziri qismində ilk səfərini məhz Azərbaycana etdiyini vurğulayıb. O, qeyd edib ki, heç bir qüvvə və heç kim Gürcüstan-Azərbaycan dostluğuna, qardaşlığına kölgə sala bilməz: “Hər iki xalq tarixən bir-birinə yaxın olub, dostluq və əmin-amanlıq şəraitində yaşayıblar. Tarixin müəyyən dönəmində oxşar problemlərlə üzləşməyimiz regionda təhlükəsizliyin təmin olunmasının necə vacib olduğunu bir daha önə çıxarıb. Bölgədəki münaqişələrin mövcudluğu inkişafa böyük maneçilik törədir. Biz bu problemlərin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Hər iki ölkənin birgə həyata keçirdiyi layihələr bölgə sərhədlərini aşaraq, qlobal məna kəsb edib”.

Gürcüstanın baş naziri parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsinin vacibliyinə toxunaraq beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakını və bir-birlərini dəstəkləməsini təqdir edib.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.





VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 110
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter