voicepress.az

SON DƏQİQƏ

“Azərbaycanda monopoliya yoxdur deyə bilmərik” - Deputat məsələ qaldırdı

1-10-2019, 17:47


“Bu gün bir neçə məsələyə toxunmaq istəyirəm. Təəssüüf ki, bir neçə il keçməsinə baxmayaraq “Rəqabət Məcəlləsi haqqında” qanun layihəsi qəbul edilməyib. Rəqabət Məcəlləsi aktual məsələlərdən biridir. Bunun qəbul edilməsi həddindən artıq vacibdir. Azərbaycanın daxili bazarında monopoliya, inhisar yoxdur deyə bilmərik. Cənab prezidentin imzaladığı Strateji Yol Xəritəsində faktiki olaraq 2019-cu ildə Rəqabət Məcəlləsinin qəbul edilməsi göstərilir. Ancaq 2019-cu il başa çatır və biz “Rəqabət Məcəlləsi haqqında” qanun layihəsini qəbul etməmişik. Çox xahiş edirəm, bu məsələ gündəliyə salınsın”.

VOİCEPRESS xəbər verir ki, bunu Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deputat Vahid Əhmədov deyib.


Deputat digər məsələyə də toxunaraq, onun da vacibliyini qeyd edib:

“İkinci vacib məsələ təhsil kreditləri ilə bağlıdır. Eşitmişəm ki, Təhsil komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Hesab edirəm ki, bu qanun layihəsi üzərində işləmək olar. Təhsil kreditləri çox vacib hadisədir. Müraciətlər həddindən artıq çoxdur. Faktiki olaraq bəzi tələbələr təhsillərini davam etdirə bilmirlər və təhsillərini yarımçıq qoyurlar”.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 201
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter