voicepress.az

SON DƏQİQƏ

“Ermənistanın İsraildə səfirlik açması İranı qıcıqlandıracaq?” - ŞƏRH

1-10-2019, 12:00


Ermənistan İsraildə səfirlik açmağa hazırlaşır. Maraqlıdır, İranla yaxın münasibətlərdə olan işğalçı Yerevanın İsraillə yaxınlaşmağa cəhd göstərməsi rəsmi Tehranı qıcıqlandırmayacaq ki?


Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı şərhini VOICEPRESS-la bölüşüb:


“Bəli, Ermənistan İsraildə səfirlik açacağını bəyan edib. Əslində, mənim fikrim budur ki, Azərbaycan öz səfirliyini İsraildə çoxdan açmalıydı. Çünki İsrail Azərbaycanın tərəfdaşıdır. Biz onlardan müasir texnikalar, silahlar alırıq, onlara neft satırıq”.


Elxan Şahinoğlu deyib ki, bəzən belə fikirlər də səslənir ki, Azərbaycan İsraildə səfirlik açsa, İran hakimiyyəti buna ciddi narazılıq edəcək:


“İndi İran hakimiyyətinə sual ünvanlamaq lazımdır ki, Ermənistana niyə etiraz etmir, əks münsibət bildirmirsiniz? Əksinə, görürük ki, hazırda İran prezidenti İrəvandadır və Ermənistanla əməkdaşlığın inkişafından danışır. Bu məsələlərdə ikili standartlar olmamalıdır. Mən hesab edirəm ki, bunun ardınca Azərbaycan da gecikmədən İsraildə səfirlik açmalıdır. Ona qalsa, bir çox müsəlman ölkələrinin, o cümlədən, Azərbaycanın yaxın tərəfdaşları olan Qazaxıstan və Türkiyənin də İsraildə səfirlikləri var. Heç kim də bu iki dövlətə təzyiq etmir”.



VOICEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 196
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter