voicepress.az

SON DƏQİQƏ

BMT-nin xüsusi məsləhətçisi Milli Məclisə gəldi

1-10-2019, 13:00


Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkəmizdə səfərdə olan BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAİDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi professor Mişel Kazaçkini qəbul edib.

VOICEPRESS xəbər verir ki, görüşün əvvəlində qonaqları salamlayan komitə sədri Əhliman Əmiraslanov Səhiyyə komitəsinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Professor Kazaçkin də öz növbəsində görüşün təşkilinə görə təşəkkür edərək, 3 gün öncə BMT-nin Əhali Fondunun 25 illiyinə həsr olunmuş tədbirdə Əhliman Əmiraslanova təqdim olunmuş mükafat münasibəti ilə komitə sədrini və komitənin bütün üzvlərini təbrik edib.

Daha sonra görüş iştirakçıları İİV/QİÇS, dərmanlara davamlı vərəm və hepatit xəstəliklərinin yayılmasının qarşısının alınması sahəsində ölkəmizin əldə etdiyi uğurlar, mövcud çətinliklər, eləcə də bu istiqamətdə BMT və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilə biləcək dəstəklə bağlı müzakirələr aparıblar.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev və komitə üzvləri - Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı və İlham Məmmədov da iştirak ediblər.



VOICEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 202
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter