voicepress.az

SON DƏQİQƏ

Xanhüseyn Kazımlı: “Əsrin müqaviləsi-müstəqil Azərbaycan iqtisadiyyatının təməlinin qoyulması demədir”

20-09-2019, 10:30


“Əsrin müqaviləsi-müstəqil Azərbaycan iqtisadiyyatının təməlinin qoyulması demədir”. Bunu VOİCEPRESS-ə açıqlamasında millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı “Əsrin müqaviləsi”nin 20 sentyabr 2019 cu iltarixində 25 illiyinin tamam olması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan “Əsrin müqaviləsi” layihəsi illər əvvəl bu gün və Azərbaycanın gələcəyi üçün bir yatırım layihəsi olmaqla yanaşı, iqtisadi baxımdan beynəlxalq arenaya çıxış deməkdir. Bu baxımdan, 1994-cü ildə qüvvəyə minən “Əsrin müqaviləsi” layihəsi Azərbaycanın müstəqillik tarixində xüsusi önəm daşıyır. Ulu öndər bütün maneələrə baxmayaraq “Əsrin müqaviləsi” kimi önəmli layihəni reallaşdıra bildi.

Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan "Əsrin müqaviləsi" layihəsinin reallaşdırılması ilə sözün əsil mənasıda geniş şəkildə bəhrələnməyi bacardı. İnkişaf etdi. Məhz “Əsrin müqaviləsi” sayəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu xeyli artdı və etibarlı tərəfdaş bir ölkə statusu qazanmış olduq. Bu yeni müstəqillik əldə etmiş və müharibə şəraitində var olan bir dövlət üçün olduqca önəmli faktor idi. Bunun nəticəsidir ki, Azərbaycan tez bir zamanda işıq sürəti ilə inkişaf etdi və bölgənin zəngin dövlətlərindən birinəçevrildi”.





Ü. Fərmanqızı
VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 61
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter