voicepress.az

SON DƏQİQƏ

Bu gün millət vəkili Xanhüseyn Kazımlının doğum günüdür

1-10-2019, 09:45


Bu gün UNEC Professoru, “Şohrət” ordeni, “Qızıl qələm” və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası idarə Heyyətinin sədri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Azərbaycan Respublikasının Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvü, Azərbaycan Respublikası veteranlar Şurası İdarə Heyyətinin üzvü, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, Azərbaycan Sosial Rifah Partiyasının sədri, çox dəyərli şəxsiyyət Xanhüseyn Kazımlının doğum günüdür.



DƏYƏRLİ İNSANI TANIYAQ

Xanhüseyn Hüseynağa oğlu Kazımlı 1941-ci ildə oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan xalq Təsərrüfatı İnstitunun Uçot-iqtisad fakültəsini əla qiymətlərlə bitirmişdir. İqtisad elmləri doktoru, professordur. “Şohrət” ordeni ilə təltif edilmişdir. “Qızıl qələm” və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350- dən çox elmi-publisistik məqalənin müəllifidir.

Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası idarə Heyyətinin sədri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir.

Azərbaycan Respublikasının Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. Azərbaycan Respublikası veteranlar Şurası İdarə Heyyətinin üzvüdür.

1967-ci ildən Azərbaycan xalq Təsərrüfatı intstitutunda laborant,baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri,prorektor vəzifələrində çalışmışdır. 1994-1998-ci illərdə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri işləmişdir. 1998-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və Qiymətləndirmə kafedrasının müdiri, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və təlafatın qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri vəzifəsini icra edib.

Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı omuşdur. Hal-hazırda 66 saylı Biləsuvar seçki dairəsindən seçilmiş millət vəkilidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Azərbaycan Sosial Rifah Partiyasının sədridir.

Evlidir, 5 övladı var.



VOİCEPRESS kollektivi olaraq, dəyərli millət vəkilimizə uzun ömür, can sağlığı arzulayırıq. İllər ötsə də, zəmanə dəyişsə də, hər aman mərhəmət və sevgi dolu qəlbə, xeyirxah əməllərər sahib Xanhüseyn Kazımlını iş başında, çalışırkən görmək ümüdü ilə, ona sağlıqlı bir ömür diləyirik!




Ü. Fermanqızı

VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 207
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter