voicepress.az

SON DƏQİQƏ

Xanhüseyn Kazımlı: “İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir”

30-09-2019, 14:30


“İsrail Azərbaycan arasındakı dostluq və əməkdaşlıq heç bir müsəlman dövləti arasında yoxdur”. Bunu VOİCEPRESS-ə açıqlamasında millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı Azərbaycanın bu günə kimi İsraildə səfirliyinin olmaması ilə bağlı fikir söylərkən deyib. Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında strateji, diplomatik, ticari əlaqələr günü gündən inkişaf edir: “1991 çi ilin 25 dekabr tarixində İsrail Azərbaycanın müstəqilliyini tanıyıb.

Belə ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1992-ci ildən etibarən İsrail Azərbaycan arasında diplomatik münasibətlərin təməli qoyulmuşdur. 1993 cü ildə isə İsrail səfirliyi Azərbaycanda fəaliyyətə başlamışdır. Bir az əvvəq qeyd etdiyim ki, Azərbaycan İsraill arasındakı dostluq münasibətlərini, heç birmüsəlman dövləti ilə İsrail arasında görə bilməzsiniz. İllərdir Azərbaycanda yəhudilər Azərbaycanın bir parçası olaraq, sülh və barış içində yaşayırlar. Önəmli məsələ odur ki, Azərbaycan hər zaman balanslaşdırılmış siyasət yürütməyə üstünlük verir. Digər müsəlman ölkələri ilə də diplomatik əməkdaşlıq əlaqələrinin var olmasına dayanaraq, bir qədər xarici siyasəsi addımlarımızı daha ehtiyyatla atmalıyıq deyə düşünürəm. Amma buna rəğmən yaxın gələcəkdə Azərbaycan səfirliyinin İsraildə açılması məsələsinin düşünülməsi gərəkdiyini də, vurğulamaq istəyirəm”.




Ü. Fermankızı

VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 198
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter