voicepress.az

SON DƏQİQƏ

Nəsib Məhəməliyev: “Azərbaycanın Gömrük ittifaqına üzv olunması mümkündür”

29-09-2019, 18:57

Nəsib Məhəməliyev: “Azərbaycanın Gömrük ittifaqına üzv olunması mümkündür”

“Yaxın Şərqdə gedən proseslərlə bağlı Türkiyənin qarşısında həll olunmalı tarixi əhəmiyyətli vəzifələr durur”.

Bunu VOİCEPRESS-ə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev Türkiyə, İran və Rusiya prezidentlərinin görüşü tezliklə ABŞ-a qarşı Gömrük ittifaqında hər üç dövlət olunmasına gətirib çıxararsa, bu Azərbaycana necə təsir göstərər, sualını cavlandırırkən deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün bu üç ölkə ilə əməkdaşlıq olduqca önəmlidir: “Türkiyə, İran, Rusiya üçlüyünün nümayiş etdirdiyi siyasi, iqtisadi, təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq son dövrlərdə dünyanın bəzi inkişaf etmiş ölkələrinin apardığı proteksionist siyasətin nəticəsidir və dünyada gedən geosiyasi proseslərlə əlaqəlidir. Məlumdur ki, ABŞ- ın həm Rusiyaya, həm də İrana qarşı ciddi iqtisadi sanksiyaları mövcuddur. Yaxın Şərqdə gedən proseslərlə bağlı Türkiyənin qarşısında həll olunmalı tarixi əhəmiyyətli vəzifələr durur və bu vəzifələrin həlli bu üçlüyün əməkdaşlığını zəruri edir. Bu əməkdaşlıq Gömrük İttifaqı və yaxud digər formatda ola bilər.

Qaldı ki, qarşılıqlı hesablaşmaların milli valyuta, digər pul vahidi ilə aparılması , hesab edirəm ki, bu qismən mümkündür. Amma bütövlükdə yaxın zamanlarda dollardan tamamilə imtina mümkün deyil. Azərbaycan üçün bu üç ölkənin , ələlxüsus qardaş Türkiyə ilə Rusiyanın əməkdaşlığı olduqca əhəmiyyətlidir və düşünürəm ki,Respublika prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi bu məsələdə də dövlət maraqlarından çıxış edərək balanslaşdırılmış syasətə üstünluk verəcək. Azərbaycanın Gömrük ittifaqına üzv olunması mümkündür. Ancaq əvvəlcə Qarabağ problemi həll olunduqdan sonra. Əks halda mən sadəcə bu əməkdaşlığı təsəvvür etmirəm”.



VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 216
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter