voicepress.az

SON DƏQİQƏ

Milli Məclisin komitə iclaslarının vaxtı açıqlandı

12-09-2019, 11:00


Milli Məclisin payız sessiyasının bəzi komitə iclaslarının vaxtı bəlli olub.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a deyib ki, Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq payız sessiyasının komitə iclasları sentyabrın 15-dən sonra müəyyənləşir:

“Deputatlar növbəti payız sessiyası üçün lazım olan qanun layihələrini komitədə müzakirə edib plenar iclasa tövsiyə edəcəklər”.

VOICEPRESS-in verdiyi xəbərə görə, bu haqda komitə sədrləri Modern.az-a komitə iclasları barədə danışıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, ilk komitə iclası sentyabrın 17-də keçiriləcək.

Milli Məclisin Aqrar siyasət komitəsinin ilk iclası sentyabrın 20-də keçiriləcək. Komitə sədri Eldar İbrahimovun sözlərinə görə, komitədə müzakirə olunacaq qanun layihəsi də bəllidir:

“Milli Məclisin payız sessiyasının komitə iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini iş planına salacağıq. Aqrar siyasət komitəsinin üzvləri ilə birgə müzakirə edəcəyik”


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, komitənin iclası sentybarın 20-dən sonra keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.





VOICEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 137
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter