voicepress.az

SON DƏQİQƏ

AKP Kaftancıoğlunun həbsinə haqq qazandırdı

6-09-2019, 23:00

AKP Kaftancıoğlunun həbsinə haqq qazandırdı

"Hüquq qarşısında hər kəs bərabərdir. Onun toxunulmazlığı yoxdur. Etdiyi paylaşımlar siyasi tənqiddən kənar paylaşımlardır".

VOICEPRESS.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, millət vəkili Məhməd Muş CHP-çi Canan Kaftancıoğlunun həbsi ilə bağlı danışarkən bildirib.

“İşlərinə yarayanda “Türkiyədə məhkəmələr var imiş” deyirlər. Fəaliyyətlərinə uyğun olmayanda isə “bunu hakimiyyət sifariş etdi” deyirlər. Belə bir şey ola bilməz. Bu paylaşımları oxusunlar! Bu ifadələr CHP rəhbərinə söylənsə, nə edəcək? Məhkəməyə gedəcəklər”, - deyə Muş bildirib.

Qeyd edək ki, CHP-nin İstanbul üzrə rəhbəri Canan Kaftancıoğlu 9 il 8 ay müddətinə həbs edilib.

O, sosial şəbəkədəki hesablarında bəzi qanunazidd paylaşımlarına görə ittiham olunur.




VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 226
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter