voicepress.az

SON DƏQİQƏ

Fuad Muradov Gürcüstanın vitse-spikeri ilə müzakirə apardı

3-04-2019, 00:42

Fuad Muradov Gürcüstanın vitse-spikeri ilə müzakirə apardı

“Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq daha da dərinləşdirilməlidir”. VOİCEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdə bildirib.

O deyib ki, əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı hər iki dövlətin xoş niyyəti var və bu, qarşısıalınmaz prosesdir.

Gürcüstan parlamentində keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri və əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub. Tərəflər həmçinin mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərlə bağlı məsələləri da nəzərdən keçiriblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri komitəsinin sədri Beka Odişaria, deputatlar Mahir Dərziyev, Azər Süleymanov və digər şəxslər də iştirak ediblər.











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 501
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter